• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

"Azersun Holding” növbəti dəfə beynəlxalq mükafat qazanıb

01.11.2023 15:58
"Azersun Holding” Kaizen fəaliyyətləri ilə dünya səviyyəli istehsal texnikalarının tətbiqi sahəsində inkişafını nümayiş etdirmək, həmçinin əməkdaşlarımızın səmərələşdirici fəaliyyətlərindəki nailiyyətlərini sərgiləmək məqsədiylə 5 layihə ilə Türkiyədə təşkil edilmiş ənənəvi KalDer Kaizen müsabiqəsinə qatılıb. 

KalDer–"Türkiye Kalite Derneği”: müasir keyfiyyət fəlsəfəsinin yaradılması, genişləndirilməsi və keyfiyyətli işin təşviqi, həmçinin sənaye və xidmət sektorlarına texniki yardım və koordinasiyanın təmin edilməsi məqsədiylə (Türkiyənin qabaqcıl sənaye təşkilatları tərəfindən) 1991-ci ildə yaradılmış Keyfiyyət Assosiasiyasıdır.

Müsabiqə üçün təqdim edilmiş layihələrin, assosiasiyaya üzv firmaların ekspertləri tərəfindən ilkin dəyərləndirilməsi və qiymətləndirilməsi həyata keçirilir. 


Nəzəri dəyərləndirmə və qiymətləndirmə mərhələsindən keçən layihələr, təşkilatın təftiş qrupu tərəfindən sahədə incələnməsi reallaşdırılır.


 Təqdim edilən layihələrin hər biri ilkin dəyərləndirmə və qiymətləndirmədən yüksək nəticə əldə etmiş və Avqust ayında assosasiyanın təftiş qrupu tərəfindən istehsalatda tətbiq edilmiş Kaizen fəaliyyətlərinin əyani nəticələri ilə yerində tanış olmaları üçün "Azersun” müəssisələrini ziyarət ediblər. 


Təftiş qrupunun fabrik ziyarətləri zamanı, onları maraqlandıran sualları layihələri icra edən əməkdaşlar tərəfindən yüksək səviyyədə cavablandırılıb.


 Suallara verilən cavablar eyni zamanda layihələrin finala haqq qazanmaları üçün həlledici olub.


Türkiyənin bir çox böyük sənaye şirkətlərinin yer aldığı layihələr içərisindən "Azersun Holding” finala vəsiqə qazanarq mühim nailiyyət əldə edib. 


Ankara şəhərində (toplam 27 layihənin təqdimatı üçün) təşkil olunan final təbirində "Azersun Holding” əməkdaşları  müsabiqə izləyicilərinin qarşısında layəhilərini təqdim ediblər.


 Təqdimatların sonunda 2 layihə Kaizen Mükafatına layiq görülüb. 


Qeyd edək ki, 30 ildən artıq ölkəmizdə fəaliyyət göstərən "Azersun Holding” tərəfindən istehsal olunan məhsullar dünyanın 40-dan artıq ölkəsinə ixrac olunur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol