• $ 1.7
  • € 1.7876
  • ₽ 1.9209
  • ₺ 0.0467
  • £ 2.155

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri açıqlanıb

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri açıqlanıb
02.11.2023 13:41
2023-cü ilin yanvar-sentyabrında BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli işçi qüvvəsinə və materiallara çəkilmiş xərcləri 1 119,1 milyon ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 12,1% artıb. Bu barədə BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə bu ilin 9 ayının nəticələrinə dair dərc etdiyi hesabatında bildirilib.

Hesabata əsasən, BP yerli tərəfdaşı olan birgə müəssisələr (14 müəssisə üzrə) çərçivəsində 535,9 milyon dollar xərcləyib.

Bildirilir ki, şirkət hesabat dövründə xarici podratçıların ölkə daxilində 94 şirkət üzrə 271,3 milyon dollar xərcləyib. Bundan başqa, hesabat dövründə BP-nin 216 kiçik və orta müəssisə üzrə xərcləri 276,8 milyon dollar, 24 dövlət şirkəti üzrə xərcləri isə 35,1 milyon dollar olub.
 
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən və 1999-cu ildə kəşf olunan "Şahdəniz” yatağı BP şirkəti tərəfindən bu vaxtadək aşkar edilmiş ən böyük qaz yatağıdır. Bu nəhəng yataq təxminən 860 kvadrat kilometr sahəni əhatə edir və təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatına malikdir.

"Şahdəniz” yatağının işlənməsinin ilk mərhələsi 2006-cı ildə başlayıb. Birinci mərhələ çərçivəsində ildə hasil olunan 10 milyard kubmetrdən artıq qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırılır. "Şahdəniz”in ikinci mərhələsi 2018-ci ildən hasilata başlayıb və sabit ən yüksək hasilat zamanı ildə 16 milyard kubmetr qaz əlavə etməklə yatağın ümumi qaz hasilatını ildə 26 milyard kubmetrə çatdıracaq.

2022-ci ildə AÇG-də orta gündəlik neft hasilatı 415,4 min barel (2021-ci ildə 458 min barel) təşkil edib. Eyni zamanda, qeyd olunan dövrdə "Çıraq” platformasından orta hesabla 25,2 min barel (2021-ci ildə 27 min barel), "Mərkəzi Azəri”dən 104,1 min barel (109 min barel), "Qərbi Azəri" - 106,4 min barel (116 min barel), "Şərqi Azəri" - 64 min barel (76 min barel), "Dərinsulu Günəşli" - 76,3 min barel/gün. d (86 min b/gün), "Qərbi Çıraq" - 39,4 min b/gün (44 min b/gün)  neft hasil edilib. 
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda
İqtisadiyyat 17:02
Kapital Bank-ın baş ofisi artıq yeni ünvanda
Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
İqtisadiyyat 15:25
Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb
Ölkədə problemli kreditlər artıb
İqtisadiyyat 14:57
Ölkədə problemli kreditlər artıb
Unibankın komissiyasız kredit kampaniyasının bitməsinə 4 gün qalıb
İqtisadiyyat 14:32
Unibankın komissiyasız kredit kampaniyasının bitməsinə 4 gün qalıb
Azercell 800-ə yaxın uşaq və valideyni rəqəmsal təhlükəsizlik qaydaları ilə tanış edib
İqtisadiyyat 14:28
Azercell 800-ə yaxın uşaq və valideyni rəqəmsal təhlükəsizlik qaydaları ilə tanış edib
5 meyvə sığortalanan meyvələrin siyahısına əlavə edilib
İqtisadiyyat 12:34
5 meyvə sığortalanan meyvələrin siyahısına əlavə edilib
Ötən il əkinə yararlı ərazilərin 450 min hektarı sığortalanıb
İqtisadiyyat 11:09
Ötən il əkinə yararlı ərazilərin 450 min hektarı sığortalanıb
Ötən ay dövlət xətti ilə 1 milyon manata yaxın ipoteka krediti verilib
İqtisadiyyat 11:06
Ötən ay dövlət xətti ilə 1 milyon manata yaxın ipoteka krediti verilib
Azərbaycanın bank sektorunun aktivləri artıb
İqtisadiyyat 10:33
Azərbaycanın bank sektorunun aktivləri artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol