• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

ACE layihəsi üzrə işlər 94 faiz tamamlanıb- BP

ACE layihəsi üzrə işlər 94 faiz tamamlanıb- BP
02.11.2023 14:04
2023-cü  ilin yanvar-sentyabrında "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda tikilən "Azəri Mərkəzi Şərqi” (ACE) platformasının tikintisi layihəsi 94 faizi tamamlanıb. Bu barədə BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə bu ilin 9 ayının nəticələrinə dair dərc etdiyi hesabatında bildirilib.

"Üçüncü rübün sonuna ACE layihəsi üzrə işlər ümumilikdə 94% tamamlanıb. 2024-cü ilin əvvəlində ACE-dən hasilatın başlanması üçün tələb olunan bütün digər işlər və hazırlıqlar qrafikə uyğun olaraq davam edir”, - məlumatda qeyd olunub.
 
AÇG blokundan neft və səmt qazının hasilatı 1997-ci ilin noyabrında başlayıb. Hazırda Böyük Britaniyanın BP (layihə operatoru) 30,37%, SOCAR (25%), Macarıstanın MOL (9,57%), Amerikanın ExxonMobil (6,79%), Hindistanın ONGC Videsh (2,31%), Yaponiyanın Inpex Corp. (9,31%) və ITOCHU Oil (3,65%), Norwegian Equinor (7,27%), Türkiyənin TPAO (5,73%) layihənin səhmdarlarıdır.
 
"Azəri”, "Çıraq” və "Günəşli”nin dərinsulu yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb.

2022-ci ildə AÇG yataqlar blokunda təxminən 152 milyon barel (20 milyon ton) hasil edilib. Bu müqavilə sahəsindən 2022-ci ildə barellə neft hasilatı 9% azalıb. İstehsal 6 platformadan həyata keçirilir.
 
Aytac Zeynalova
 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
İqtisadiyyat 13:10
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol