Qarabağa 12 milyarda yaxın pul xərclənib
2023-cü ilin sonuna kimi Qarabağın bərpası və yenidən qurulmasına xərcələnən vəsait 12 milyarda çatacaq. Bunu maliyyə naziri Samir Şərifov noyabrın 2-də Milli Məclisdə büdcə müzakirəsi zamanı deyib.
Maliyyə Nazirliyinin sentyabr hesabatında açıqladığı rəqəmlərə görə 2023-cü ilin doqquz ayında Qarabağa 3 milyon 741 min manat vəsait xərclənib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə və ya 1 milyon 579 min milyon manat çox olub.
Cari ilin yanvar-sentyabrında işğaldan azad olunmuş ərazilərə 1 milyon 588 min manat investisiya qoyuluşu olub ki, bu da illik xərclərin 59,7%-ni təşkil edib.
Maliyyə Nazirliyinin "2024-cü il dövlət büdcəsi haqqında” Milli Məclisə təqdim olunan layihəsində qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası üçün 3 milyard 825 milyon manat vəsait ayrılacaq.
Cari il Qarabağın bərpası üçün 3 milyard manat ayrılıb.

Gülnar Nazimqızı
www.anews.az