• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Kapital Bank və “ASAN Məktub” sosial proqramı 35 uşağın arzularını gerçəkləşdirdi

Kapital Bank və “ASAN Məktub” sosial proqramı 35 uşağın arzularını gerçəkləşdirdi
02.11.2023 11:16
Xəbər verdiyimiz kimi, ölkənin birinci bankı Kapital Bank və "ASAN Könüllüləri” Təşkilatının "ASAN Məktub” sosial proqramı ilə əməkdaşlığı baş tutub.  Layihə çərçivəsində Balakən rayonundan olan və arzularını məktubla https://asanmektub.az/az saytına yerləşdirən 35 uşağın istəkləri reallaşdırılıb. 

Ötən gün Balakən rayonuna yola düşən tərəflər arzularını məktubla çatdıran uşaqlar və onların valideynləri ilə görüşüb.  Balakən regional "ASAN xidmət” mərkəzində baş tutan görüşdə maraqlı anlar yaşanıb. 

Məktublara əsasən uşaqların öz istəklərinə uyğun məktəb ləvazimatları, geyim, oyuncaq kimi hədiyyələr onlara təqdim edilib. Uşaqlar hədiyyələri böyük sevinclə əldə edib. Müxtəlif korporativ sosial məsuliyyət layihələri ilə daim ehtiyacı olan insanların həyatına dəyər qatmağı bacaran Kapital Bank-ın bu əməkdaşlıqda məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək, cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
İqtisadiyyat 13:10
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol