İsrail ordusu Qəzza şəhərini mühasirəyə alıb - Baş qərargah rəisi

İsrail qoşunları Qəzza şəhəri daxilində əməliyyat aparır və onu bir neçə istiqamətdən mühasirəyə alır.
"Biz müharibədə daha bir mühüm mərhələni keçmişik. Qüvvələr Qəzzanın şimalının mərkəzindədir, Qəzza şəhərində əməliyyat aparır, onu mühasirəyə alır, quru hücumunu dərinləşdirir və nailiyyətlər əldə edir”, - Halevi Hava Qüvvələri bazasından verdiyi açıqlamasında bildirib.
Baş qərargah rəisi vurğulayıb ki, qoşunlar yaxın məsafədə döyüşür.
"Quru qoşunları dəqiq kəşfiyyat məlumatları, havadan və dənizdən atəşlə müşayiət olunur”, - Halevi əlavə edib.
İsrailin yüksək rütbəli rəsmisi bu müharibənin "acı və çətin bədəli olduğunu” və indiyə qədər quru əməliyyatında 18 əsgərin həlak olduğunu diqqətə çatdırıb.
General onu da qeyd edib ki, İDF-in Qəzza zolağında HAMAS və digər terror qrupları tərəfindən saxlanılan bütün girovları vətənə qaytarmaqla bağlı "öhdəliyi” var.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər