Türkiyədə son bir həftədə 87 terrorçu zərərsizləşdirilib

Türkiyənin təhlükəsizlik qüvvələrinin PKK/KCK/PYD-YPG, İŞİD və FETÖ terror təşkilatlarına qarşı mübarizəsi ölkə daxilində və sərhədlərdən kənarda qətiyyətlə davam edir. İraq və Suriyanın şimalı da daxil olmaqla, aparılan uğurlu əməliyyatlar nəticəsində son bir həftədə 87 terrorçu zərərsizləşdirilib. Beləliklə, zərərsizləşdirilən terrorçu sayı bu il 1802-yə, əməliyyatların başladığı 2015-ci il iyulun 24-dən isə 39 min 145-ə çatıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk nazirliyin həftəlik hesabatında bildirib.
Suriyadakı əməliyyat bölgəsində isə il ərzində 425 təxribat və hücum cəhdinin qarşısı alınıb, 23-ü son bir həftədə olmaqla, ümumilikdə 1321 terrorçu zərərsizləşdirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər