• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Türk lirəsinin qiymətinin aşağı düşməsinin Azərbaycan üçün təsiri necə olacaq?- ŞƏRH

Türk lirəsinin qiymətinin aşağı düşməsinin Azərbaycan üçün təsiri necə olacaq?- ŞƏRH
03.11.2023 12:54
1 türk lirəsinin qiyməti 6 qəpikdən də aşağı düşüb. Bu barədə məlumat Mərkəzi Bankın rəsmi məzənnəsində qeyd olunub.

Rəsmi məzənnəyə görə, 1 türk lirəsi 0.0599 manat bərabər olub (100 lirə = 5,99 manat). 

Liberal İqtisadçılar Mərkəzinin sədri iqtisadçı Akif Nəsirli bildirir ki, qonşu dövlətlərdə gedən inflyasiyanın Azərbaycana həm mənfi, həm də müsbət təsiri olur.
 
"Ümumiyyətlə qonşu dövlətlərdə artan inflyasiyasiyanın ümumi səbəblərdən baş verməsi bizə də təsir edir. Bununla əlaqədər həm mənfi, həm də müsbət təsirlər ola bilər. Bizim sərhəd boyunca qonşularımızdan yalnız Gürcüstanın valyutası möhkəmlənir. Qalan qonşularımızda xüsusilə, Rusiyada, İranda, Türkiyədə xeyli dərəcədə inflyasiya var. Qazaxıstanda, Türkmənistanda, Ermənistanda bir qədər valyuta baxımından sabitlikdir.
Azərbaycan valyutası ucuzlaşan ölkələrdən mal idxal etdikdə məzənnə fərqinə görə udur, yəni hansı ölkələrdə inflyasiya gedirsə, həmin ölkələrdən Azərbaycana idxal edilən məhsulların qiyməti ümumi hesabda aşağı düşür, onların malları ucuzlaşır. Məsələ burasındadır ki, biz həmin ölkələrə məhsul ixrac etdiyimiz halda müəyyən mənada uduzuruq. Yəni, bizim ixrac etdiyimiz məhsul ucuzlaşır, məzənnə fərqinə görə dəyər itirir. Həmin ölkələrdə insanların real gəlirləri aşağı düşür, alıcılıq qabiliyyəti azalır və bu da müəyyən əngəllər yaradır. Həm məzənnə efekti var, həm də bazarda alıcı məsələsi var”, - o əlavə edib.
 
Sədr qeyd edir ki, praktiki baxımdan qonşu ölkələrdə artan inflyasiya Azərbaycanda da inflyasiyanı stimullaşdırır.
 
"Dünya praktikasında ölkənin valyutası 3%-dən çox dəyər itirirsə, demək bu ölkədə inflyasiya problemi var. Azərbaycanda da bir neçə ildir ki, inflyasiya 2 rəqəmli olaraq davam edir. Deməli Azərbaycanda inflasiya problemi var. Qonşu ölkələrdəki inflyasiya Azərbaycan valyutasının da inflyasiyasını stimullaşdırır”, - Nəsirli deyib.
 
Onun sözlərinə görə, artan inflyasiyanın qarşısının alınması üçün Azərbaycanda ölkədaxili məhsul istehsalı artırılmalıdır.
 
"İnflyasiyanı həm xaricdən Azərbaycana təsirini azaltmaq, həm də daxili inflasiyanı stimullaşdıran məzənnə səbəblərini aradan qaldırmaq üçün ölkə daxilində mal istehsalı artmalıdır. Ölkənin daxili istehsalı çoxalmalıdır. Ərzaq məhsullarına görə, əsasən də kənd təsərrüfatı mənşəli ərzaq məhsullarına görə idxaldan asılı vəziyyətdəyik. Yerli tələbatın 50%-dən çoxunu idxal hesabına qarşılayırıq. Bu da ölkədən valyuta axınına səbəb olur. İdxal olunan hər bir məhsul valyutaya alınır. Məsələn, il ərzində  Azərbaycanda ərzaq idxalına təxminən 3 milyard dollar vəsait xərclənilib. Əgər biz 3 milyard dollarlıq məhsulu ölkə daxilində istehsal etsəydik, 3 milyard dollar ölkədən xaricə çıxmayacaq idi. Bu da manatın möhkəmlənməsinə gətirib çıxara bilər. Yəni xarici valyutaya tələbat azalacaqdı. Xarici valyutaya tələbatın azalması da milli valyutanın möhkəmlənməsinə səbəb olan əsas amillərdən birdir. Bizdən valyuta çıxışı çoxalanda bizim daxildə xarici valyutamız azalır. Hökumət məcbur qalır manatın məzənnəsini saxlamaqdan ötrü bazara hər ay 200-250 milyon dollar vəsait ayırır. Həmin vəsaitlər əsasən xaricdən məhsul idxalı üçün tələb olunan valyutanı qarşılayır. Bizim ən böyük problemimiz ölkə iqtisadiyyatının idxaldan asılılığdır. Biz bu aslılığı aşağı salsaq, ölkə daxilində inflasiya təzidi azalacaq”, - sədr vurğulayıb.
 
Ötən il noyabrın 3-də 1 türk lirəsinin qiyməti 0.0912, 2021-ci il noyabrın 3-də 1 türk lirəsinin qiyməti 0.2313,  2020-ci il noyabrın 3-də 1 türk lirəsi 0.2015 manat olub.
 
Türkiyə lirəsi Azərbaycan manatı qarşısında Son 12 ayda  34,3%, son 24 ayda isə 66% ucuzlaşıb.
 
Aygün Mirakif
 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Azərbaycan Dəmir Yolları" 11 ayda 350 blok-qatar qəbul edib
İqtisadiyyat 13:00
"Azərbaycan Dəmir Yolları" 11 ayda 350 blok-qatar qəbul edib
Qızıl bahalaşıb
İqtisadiyyat 10:06
Qızıl bahalaşıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:05
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:56
Azərbaycan nefti bahalaşıb
ABB sədrinin 1-ci müavini öz xahişi ilə vəzifəsindən ayrılıb
İqtisadiyyat 14:30
ABB sədrinin 1-ci müavini öz xahişi ilə vəzifəsindən ayrılıb
Asiya İnkişaf Bankı ADY-nin dayanıqlı inkişaf layihəsinə 1,25 milyon dollar ayırıb
İqtisadiyyat 12:24
Asiya İnkişaf Bankı ADY-nin dayanıqlı inkişaf layihəsinə 1,25 milyon dollar ayırıb

İlin sonunda ADB və ADY dekarbonizasiya layihəsi üzrə ilkin hesabatı təqdim edəcək
İqtisadiyyat 11:54
İlin sonunda ADB və ADY dekarbonizasiya layihəsi üzrə ilkin hesabatı təqdim edəcək
Azərbaycan Dəmir Yolları karbon emissiyasını 50%-ə qədər azaltdığını açıqlayıb
İqtisadiyyat 11:39
Azərbaycan Dəmir Yolları karbon emissiyasını 50%-ə qədər azaltdığını açıqlayıb
Naxçıvanın büdcəsinə vergi daxilolmaları 233 milyon manata çatıb
İqtisadiyyat 11:19
Naxçıvanın büdcəsinə vergi daxilolmaları 233 milyon manata çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol