• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

ABB-nin dəstəyi ilə “Agile Azərbaycan Beynəlxalq Sammit”i başlanır

ABB-nin dəstəyi ilə “Agile Azərbaycan  Beynəlxalq Sammit”i başlanır
03.11.2023 15:02
Noyabrın 4-də "Agile Azərbaycan Beynəlxalq Sammit”i başlanır. Azərbaycanın iş dünyasının liderləri, müxtəlif qurumların təmsilçiləri, Agile-a maraq göstərən hər kəs burada bir araya gələcək. Agile metodologiyasını bir neçə ildir ki, effektiv şəkildə tətbiq edən ABB də sammitin tərəfdaşıdır. 

Belə bir sammit daha innovativ, çevik və dayanıqlı iş tərzini mənimsəmək üçün imkanlar yaradır. Elə tədbirin məqsədi də Azərbaycandakı müxtəlif qurumları Agile-ın üstünlükləri ilə tanış etmək, ölkəmizdə bu yeni iş mədəniyyətini yaymaqdır. 

Xarici ölkələrdən dəvət edilmiş mütəxəssislər bu sahədə ən son yeniliklər haqqında məlumat verəcək, beynəlxalq təcrübəni paylaşacaqlar. Sammitin rəhbərlik panelində ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov da çıxış edəcək. O, Bankın Agile sahədə əldə etdiyi təcrübəni bölüşəcək, iştirakçıların suallarını cavablandıracaq.  

Qeyd edək ki, ABB Agile metodologiyasının tətbiqinə 2020-ci ildə Bankın Rəqəmsal Laboratoriyasında başlayıb. Hazırda Bankda 600-dən çox əməkdaşın çalışdığı 17 Agile struktur fəaliyyət göstərir. Bank yeni məhsul və xidmətlərini Agile metodologiyası əsasında yaradaraq inkişaf etdirir.  
 
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
İqtisadiyyat 13:10
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol