• $ 1.7
  • € 1.7658
  • ₽ 1.9384
  • ₺ 0.0465
  • £ 2.1392

Qəzzada ölənlərin sayı açıqlanıb

Qəzzada ölənlərin sayı açıqlanıb
03.11.2023 16:26
Qəzzada ölənlərin sayı 9227 nəfərə çatıb. Bu barədə Qəzza Səhiyyə Nazirliyi açıqlama verib.

Bildirilib ki, İsrailin hücumlarında həyatını itirənlərdən 3 min 826-nın uşaq və 2 min 405 nəfəri qadın olub.
 
İsrail ordusu Qəzza zolağında fələstinli qruplarla son toqquşmalardan sonra daha 4 əsgərinin öldüyünü bildirib.
 
"TASS” yazıb ki, Qəzza zolağında ölənlərin sayı 9061 nəfərə, yaralıların sayı isə 32 minə çatıb.
 
Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra İsrailin hücumları nəticəsində Qəzza zolağında ölənlərin sayı 271 nəfər artaraq, 8 min 796-ya çatdığını deyib.
 
"Ölənlərdən 3 min 648-nin uşaq, 2 min 290-nın qadındır. Hücumlar başlayandan bəri 2030 nəfərin dağıntılar altında qaldığına dair xəbərlər alırıq. İsrailin hücumlarında 132 tibb işçisi həyatını itirib, hədəfə alınan 25 təcili yardım maşınının isə yararsız hala düşüb”, - sözçü Şifa xəstəxanası qarşısında təşkil edilən mətbuat konfransında bildirib.
 
Qəzza Səhiyyə Nazirliyi "Facebook" səhifəsində paylaşımda İsrailin Cibaliye Qaçqınlar Düşərgəsinə hücumunda ölən, yaralanan və itkin düşənlərin sayının 1000-ə yüksəldiyini bildirib.
 
İsrail ordusu son 3 gündə Qəzza zolağında baş verən qarşıdurmalarda 17 israil əsgəri həlak olduğunu açıqlayıb.
 
Qəssam Briqadaları "Telegram” səhifəsində açıqlama verərək Qəzzanın şimal-qərbində iki İsrail hərbi maşınının "Yasin-105” tank əleyhinə raketlərlə məhv edildiyi iddia ediblər.
 
İsrail Ordu Sözçüsü açıqlama verərək Qəzzada həyata keçirilən hücumlarda 1400-dən çox israilli öldüyünü deyib.
 
"317 əsgər də daxil olmaqla 1400-dən çox israilli ölüb, 5132 nəfər isə yaralanıb. Qəzzada Əl-Qəssam Briqadalarının əlində 240 israilli məhbus var", - sözçü qeyd edib.
 
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində 3542-si uşaq və 2187-si qadın olmaqla 8525 fələstinlinin həlak olduğunu, 21643 nəfərin isə yaralandığını bildirib.
 
Fələstin Jurnalistlər Birliyi "Facebook” səhifəsində Qəzza zolağında İsrailin hücumları nəticəsində həyatını itirən media mənsublarının sayı 38-ə yüksəldiyini deyib.

Bundan öncə Qəzzada Səhiyyə Nazirliyi Qəzzada ölən fələstinlilərin sayı 7326 nəfərə çatdığını deyib.

Fələstin Səhiyyə Nazirliyi bildirib ki, İsrailin işğal altındakı İordan çayının qərb sahilində həyata keçirdiyi hücumlarda 110 fələstinli ölüb, 1900 nəfər yaralanıb.

Ümumdünya Səhiyyə Təşkilatının Fələstin əraziləri üzrə nümayəndəsi Riçard Piperkorn Qəzzada ölənlərin sayı ilə bağlı sualı cavablandırarkən dağıntılar altında hələ də 1000-dən çox naməlum insanın olduğunu deyib.
 
Bundan əvvəl Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra Qəzza şəhərində keçirdiyi mətbuat konfransında Qəzzada ölən fələstinlilərin sayı 7028 nəfərə çatdığını deyib. Ölənərin  2913-ü uşaq, 1709-u qadın və 397-sinin qoca olduğu bildirilib.
 
Həmçinin  HƏMAS qruplaşmasının oktyabrın 7-dən etibarən həyata keçirdiyi hücumlar nəticəsində İsraildə ölənlərin sayı 1 557-ə çatıb. Ölənlərin 8-i azərbaycanəsillidir. Həyatını itirənlərin arasında 1524 nəfər uşaq və 1000 nəfər qadın var. Bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
 
Eyni zamanda Qəzzada HƏMAS-ın əlində olan əsir və girovların sayının da 203 nəfər olduğu açıqlanıb. Ölən israilli hərbçilərin sayı isə 306-ya çatıb.
 
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan edib.
 
Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.

İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı "Dəmir qılınclar” adlandırıb.
 
Aygün Mirakif
 

 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avropa liderləri Ukrayna ilə bağlı razılığa gəliblər
Dünya 09:00
Avropa liderləri Ukrayna ilə bağlı razılığa gəliblər
Volodimir Zelenski Kral Çarlsla görüşüb
Dünya 22:33
Volodimir Zelenski Kral Çarlsla görüşüb
Papanın son durumu ilə bağlı açıqlama
Dünya 22:31
Papanın son durumu ilə bağlı açıqlama
Britaniya Ukraynaya 1,6 milyard funt sterlinq verəcək
Dünya 22:13
Britaniya Ukraynaya 1,6 milyard funt sterlinq verəcək
Rusiyada ticarət mərkəzində atışma olub,yaralananlar var
Dünya 20:25
Rusiyada ticarət mərkəzində atışma olub,yaralananlar var
London Sammiti başlayıb
Dünya 19:12
London Sammiti başlayıb
Qazaxıstanda bir ailənin 7 üzvü qazdan zəhərlənərək ölüb
Dünya 18:21
Qazaxıstanda bir ailənin 7 üzvü qazdan zəhərlənərək ölüb
Qəzzaya humanitar yardımlar dayandırılıb
Dünya 17:40
Qəzzaya humanitar yardımlar dayandırılıb
İsrail Qəzzaya PUA zərbəsi endirib, ölənlər var
Dünya 16:29
İsrail Qəzzaya PUA zərbəsi endirib, ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol