• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

HP "Büdcə sistemi haqqında” qanuna dəyişikliklərlə bağlı təklif verib

HP
03.11.2023 18:05
Hesablama Palatası məqsədli büdcə fondlarının qalığı, neft sektoru üzrə dividendlər, 2-li uçotla bağlı məsələlərə dair mövcud tənzimləmədə dəyişikliklərin aparılmasının zəruri olduğunu bildirir. "Büdcə sistemi haqqında” Qanuna dəyişikliklərlə bağlı tövsiyələr Rəyə daxil edilib.

Bu barədə Hesablama Palatasının "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Rəyində bildirilib.

Rəydə bildirilir ki, Büdcə zərfində yer alan izahata görə 2019-cu ildə sosial xərclərin dövlət büdcəsində payı 7761 milyon manat təşkil etmişdir. Bu göstəricinin gələn il 15772.9 milyon manata bərabər olması proqnozlaşdırılır. Deməli büdcədə sosial xərclərin payı 2019-cu ildəki 31.7%-dən, qarşıdakı ildə 43%-dək yüksələcəkdir. Deməli sosial xərclərin həcmi istər artım tempi, istərsə də həcm baxımından ÜDM və dövlət büdcəsi xərcləri ilə müqayisədə daha sürətlə artır.

Həmcinin qeyd edilib ki, strategiyanın əksər tədbirlərinin 2024-cü il üçün maliyyə təminatı icraçı qurumlar üzrə ayrıca göstərilmişdir. Bu da ölkənin ən vacib strateji sənədinin tədbirlərinin maliyyə təminatının dövlət büdcəsində tam və ya qismən nəzərə alındığını deməyə imkan verir. Qeyd edək ki, büdcə layihəsinə əsasən Strategiyanın 70-dən yuxarı tədbiri üzrə bu istiqamətdə xərc nəzərdə tutulub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
İqtisadiyyat 13:10
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol