• $
  • £

Fələstin-İsrail müharibəsində ölən jurnalistlərin sayı açıqlanıb

Fələstin-İsrail müharibəsində ölən jurnalistlərin sayı açıqlanıb
04.11.2023 10:34
Fələstin-İsrail müharibəsində həlak olan jurnalistlərin sayı 46-ya çatıb. Bu barədə İranın "İsna” agentliyi Qəzza zolağında Fələstin administrasiyasının bəyanatında bildirilib.

"Müharibə başlayandan ümumilkdə 46 media nümayəndəsi raket hücumları, hava zərbələri  və  iş zamanı ölüb”, - məlumatda bildirilib.
 
Bundan əvvəl BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk ilin əvvəlindən dünyada ən azı 46 jurnalistin öldürüldüyünü, bu peşənin ən azı 531 nümayəndəsinin isə nəzarətə alındığını qeyd edib. BMT-nin ali komissarı media nümayəndələrinə hücumların qəbuledilməz olduğunu vurğulayaraq, cəzasızlığa son qoymağa çağırıb.

Bundan əvvəl Jurnalistləri Müdafiə Komitəsi 2023-cü il oktyabrın 7-dən noyabrın 2-dək Fələstin-İsrail münaqişəsi zonasında ən azı 36 jurnalistin öldürüldüyünü bildirmişdi.
 
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan edib.
 
Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.

İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı "Dəmir qılınclar” adlandırıb.
 
Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
SEPAH Hörmüzü bağladı
Dünya 23:19
SEPAH Hörmüzü bağladı
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Dünya 19:50
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
İran ABŞ-dan yeni təkliflər aldığını açıqlayıb
Dünya 18:39
İran ABŞ-dan yeni təkliflər aldığını açıqlayıb
Инцидент с судном у берегов Омана
Dünya 18:30
Инцидент с судном у берегов Омана
Tramp İspaniya hökumətini tənqid edib
Dünya 17:55
Tramp İspaniya hökumətini tənqid edib
İran yenidən Hörmüz boğazını bağlayıb
Dünya 15:32
İran yenidən Hörmüz boğazını bağlayıb
Türkiyədə məktəbdə daha iki şagird ölüb
Dünya 15:25
Türkiyədə məktəbdə daha iki şagird ölüb
Hakan Fidan Lavrovla görüşüb
Dünya 14:25
Hakan Fidan Lavrovla görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol