• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

“Azercell” kiber- təhlükəsizlikdə ölkədə top üçlükdədir

“Azercell” kiber- təhlükəsizlikdə ölkədə top üçlükdədir
04.11.2023 14:14
"Azercell”-in Cybercell komandası "Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) müsabiqəsində vitse-çempion oldu

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən "Critical Infrastructure Defense Challenge 2023” (CIDC-2023) tədbiri Azərbaycanın kibertəhlükəsizlik sahəsində mühüm mərhələnin əsasını qoydu. 

Azərbaycanda ilk dəfə kiber hücumların simulyasiyası ilə keçirilən virtual müharibədə dövlət qurumları, təhsil və telekommunikasiya müəssisələri, bankların informasiya texnologiyaları üzrə komandaları iştirak edib. 

Müsabiqədə "Azercell”-in Təhlükəsizlik Departamentinin əməkdaşları - Vüsal Həsənov, Əmiraslan Quliyev, Cavid Cabbarlı, Əhməd Hacılı və Çingiz Balabəyovdan ibarət "Cybercell” komandası vitse-çempion titulunu qazanıb. Departamentin əməkdaşı İsmayıl Eyyub isə fərdi yarışda 136 iştirakçı arasında birinci yer tutub. 

"Azercell”-in Təhlükəsizlik departamentinin rəhbəri Fuad Səfərov komandanın çıxışı haqqında danışıb: ""Cybercell”-in CIDC 2023 müsabiqəsindəki nəticələri ilə qürur duyuruq. Bu, bizim həm kiber-təhdidlərə qarşı mübarizəmizin, həm də "Azercell” olaraq müştərilərimizin təhlükəsizliyini hər şeydən üstün tutmağımızın əyani  nümunəsidir. Müsabiqədə fərdi yarışlarda birincilik qazanmış əməkdaşımız İsmayıl Eyyubu isə qələbəsi  münasibətilə təbrik edir və ona yeni-yeni uğurlar arzu edirik!”.

Kritik infrastruktur kateqoriyasına aid olan dövlət və özəl qurumlardan ümumilikdə 41 komanda bu yarışda iştirak edib ki, onlardan 20 komanda finala yüksəlib. Finalda iştirakçılar real kiber-hücum hallarını simulyasiya edilməklə, böhran halında infrastrukturun mühafizəsini təmin etmək kimi tapşırıqlar yerinə yetiriliblər. "Azercell”-in "Cybercell” komandası bütün tapşırıqların öhdəsindən yüksək peşəkarlıqla gələrək yarışın mükafatçıları sırasına daxil olub. 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
İqtisadiyyat 13:10
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol