• $ 1.7
  • € 1.7658
  • ₽ 1.9384
  • ₺ 0.0465
  • £ 2.1392

Qazaxıstan Çin şirkətlərinə Transxəzər marşrutundan daha aktiv istifadə etməyi təklif edib

Qazaxıstan Çin şirkətlərinə Transxəzər marşrutundan daha aktiv istifadə etməyi təklif edib
05.11.2023 11:40
Qazaxıstanın Baş naziri Alixan Smailov Çinin nəqliyyat şirkətlərini və logistika operatorlarını Çindən Avropaya konteyner daşımaları üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan daha fəal istifadə etməyə dəvət edib.

"Report” xəbər verir ki,bunu Qazaxıstanın Baş naziri Çinin iri maliyyə-biznes mərkəzi olan Şanxay şəhərində 6-cı Çin Beynəlxalq İdxal Sərgisinin açılışında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu yüklərin daşınma müddətini demək olar ki, yarıya endirəcək:
"Hazırda Çindən Avropaya bütün quru tranzit daşımalarının təxminən 85%-i Qazaxıstanın payına düşür. Sian şəhərində və Gürcüstanın Poti limanında Qazaxıstan terminallarının tikintisi hazırda sürətlə davam edir. Qazaxıstan-Çin sərhədində üçüncü dəmir yolu keçid məntəqəsinin, Baxtı və Kaljat keçidlərində quru limanların, Aktauda konteyner qovşağının tikintisi, həmçinin Orta dəhliz boyunca Qara dənizdə liman qurğularının genişləndirilməsi planlaşdırılır”.

Alixan Smailov Çin nəqliyyat şirkətlərini sadalanan layihələrdə iştirak etməyə dəvət edib, həmçinin nəqliyyat və logistika operatorlarını Qazaxıstanda mövcud olan transsərhəd nəqliyyat infrastrukturundan fəal istifadə etməyə dəvət edib.
Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb.

Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, "vahid pəncərə” prinsipi tətbiq olunur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avropa liderləri Ukrayna ilə bağlı razılığa gəliblər
Dünya 09:00
Avropa liderləri Ukrayna ilə bağlı razılığa gəliblər
Volodimir Zelenski Kral Çarlsla görüşüb
Dünya 22:33
Volodimir Zelenski Kral Çarlsla görüşüb
Papanın son durumu ilə bağlı açıqlama
Dünya 22:31
Papanın son durumu ilə bağlı açıqlama
Britaniya Ukraynaya 1,6 milyard funt sterlinq verəcək
Dünya 22:13
Britaniya Ukraynaya 1,6 milyard funt sterlinq verəcək
Rusiyada ticarət mərkəzində atışma olub,yaralananlar var
Dünya 20:25
Rusiyada ticarət mərkəzində atışma olub,yaralananlar var
London Sammiti başlayıb
Dünya 19:12
London Sammiti başlayıb
Qazaxıstanda bir ailənin 7 üzvü qazdan zəhərlənərək ölüb
Dünya 18:21
Qazaxıstanda bir ailənin 7 üzvü qazdan zəhərlənərək ölüb
Qəzzaya humanitar yardımlar dayandırılıb
Dünya 17:40
Qəzzaya humanitar yardımlar dayandırılıb
İsrail Qəzzaya PUA zərbəsi endirib, ölənlər var
Dünya 16:29
İsrail Qəzzaya PUA zərbəsi endirib, ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol