Avropa Rusiya yanacağının idxalını artırıb
Mütəxəssislərin fikrincə, 2023-cü ilin 9 ayı ərzində Rusiyadan Avropa İttifaqına mayeləşdirilmiş təbii qazın tədarük həcmi əhəmiyyətli dərəcədə artıb.
Bu barədə "İzvestiya” qəzeti yazıb.
İspaniya və Belçika ötən illə müqayisədə Rusiyadan mayeləşdirilmiş qazın (LNG) alışını 50% artırıb. Belə ki, İspaniya Rusiyadan 5,21 milyard kubmetr, Belçikadan 3,14 milyard kubmetr qaz idxal edib və bu ölkələr üçün idxalda Rusiya yanacağının payı müvafiq olaraq 26,5 faiz və 37,2 faiz təşkil edib.
Avropa logistik üstünlükləri, eləcə də əlverişli alternativlərin olmaması səbəbindən Rusiyanın enerji resurslarından tamamilə imtina edə bilmir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər