• $ 1.7
  • € 1.7876
  • ₽ 1.9209
  • ₺ 0.0467
  • £ 2.155

Ermənistan metallurgiya zavodu ilə bağlı Azərbaycanla razılığa gəlib - XİN

Ermənistan metallurgiya zavodu ilə bağlı Azərbaycanla razılığa gəlib - XİN
06.11.2023 17:43
Ermənistan Arazdəyən (Yerasx) qəsəbəsi yaxınlığında metallurgiya zavodunun inşası ilə Azərbaycanla danışıqlara hazırdır. Bu barədə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub. 

"Azərbaycanın BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibinə müraciəti və Ermənistana qarşı davamlı hüquqi-diplomatik təzyiqləri nəticəsində 2023-cü il oktyabrın 31-də Ermənistanın iqtisadiyyat naziri zavodun inşasının (sərhəddən uzaq olan) yeni yerə keçirilməsi barədə mətbuata açıqlama verib. Eyni zamanda, Ermənistanın ətraf mühit naziri icraçı katibə müraciət ünvanlayaraq Azərbaycanla danışıqlara hazır olduğunu bildirib", - məlumatda deyilir. 
 
Oktyabrın 31-də Ermənistandan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə - Arazdəyəndə iri metallurgiya zavodunun inşası üçün başqa yer seçilib. 
 
İyulda Azərbaycan  Ermənistandan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə - Arazdəyəndə iri metallurgiya zavodunun inşasının dayandırılmasını tələb edib. 
 
Ermənistan Naxçıvan və Türkiyə ilə yaxın ərazidə - tarixi Azərbaycan torpağı olan Arazdəyəndə ABŞ sərmayəsi ilə 70 milyon dollarlıq iri metallurgiya zavodu inşasına başlayıb. 16 500 kvadratmetr ərazini əhatə edəcək zavodun illik istehsal gücü 180 000 ton olacaq.
 
Zavodun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxara bilər. Bu da Naxçıvan, o cümlədən Sədərək sakinlərinin narazılığına səbəb olub.
 
Zavodun inşası Sədərəkdə mal-qaranın və əkinlərin məhvinə, insanların ciddi xəstəliklərlə üzləşməsinə gətirib çıxara bilər. Çünki təsərrüfatlarda Ermənistandan gələn "Şir Arxı”nın suyundan istifadə edilir.
 
Gülnar Nazimqızı 

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol