Özbəkistan, İran və Türkiyədən keçəcək yeni nəqliyyat dəhlizi yaradılır

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin bu yaxınlarda keçirilən iclasında imzalanmış protokol "Özbəkistan-Türkmənistan-İran-Türkiyə” marşrutu ilə Asiya və Avropa arasında beynəlxalq multimodal dəhlizin formalaşdırılmasına həsr olunub.
Bu barədə Özbəkistan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bununla yanaşı, İƏT ölkələrinin nəqliyyat nazirlərinin iclasında Səmərqənd aeroportuna İƏT ölkələrinin aviasiya qovşağı statusu verilib.
www.anews.az
Son xəbərlər
Daha çox 