Sülhməramlıların hərbi texnikası təmir üçün Rusiyaya aparılıb

Rusiya Sülhməramlılarının Qarabağda yerləşən hərbi texnikasının planlı təmir üçün Rusiyaya göndərilməsi prosesi yekunlaşıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.
Nazirlik bildirib ki, sülhməramlılar hazırda Qarabağda tapşırıqları yerinə yetirməyə davam edir.
Sentyabrın 19-dan Rusiya sülhməramlıların 10 daimi müşahidə şurası və 16 müvəqqəti məntəqəsi bağlanıb.
Rusiya sülhməramlıları Qarabağa 2022-ci ilin noyabrında Azərbaycan,Ermənistan və Rusiya arasında olan üçtərəfli bəyanatdan sonra yerləşdirilib. 2 min heyətlə missiyasını yerinə yetirən sülhməramlıların faəliyyəti bəyanata görə 2025-ci ildə bitir. Sülhməramlıların yerləşdirdiyi Qarabağ ərazisində dəfələrdə Ermənistanla Azərbaycan arasında gərgin vəziyyət yaranıb. Sərhəd bölgəsində atəşkəs rejimi mütəmadi olaraq pozulub.
Oktyabrın 11-də Peskov mətbuata açıqlamasında söyləyib ki, Rusiya sülhməramlıların taleyini Azərbaycanla müzakirə edəcək.
Ermənistanın baş naziri Nikol Paşinyan oktabrın 10-da ölkənin İctimai televiziyasına müsahibəsində deyib ki, Qarabağda yerləşən sülhməramlıların qalması Ermənistan asılı deyil. O bildirib ki, Rusiya bununla bağlı Azərbaycanla müzakirələr aparır. Baş nazir vurğulayıb ki, onların fəaliyyəti barəsində məsələyə birbaşa cavabdeh şəxs deyil.
Bundan əvvəl Rusiya XİN rəsmisi Mariya Zaxarova bildirib ki, Rusiyanın sülhməramlı missiyası gərgin vəziyyətdə Qarabağda daha çox tələb olunur.

Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər