• $
  • £

Paytaxtda dörd avtomobil toqquşub, xəsarət alanlar var

Paytaxtda dörd avtomobil toqquşub, xəsarət alanlar var
12.11.2023 09:06
Bu gecə Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Xan Şuşinski və Vaqif küçələrənin kəsişməsində qeydə alınıb.

"Nissan” markalı avtomobilin sürücüsü dördyol ayrıcından keçərkən Vaqif küçəsində hərəkətdə olan "Hyundai” və "Lada” markalı avtomobillərə çırpılıb.

"Nissan”ın sürücüsü sükana nəzarəti itirib. Minik avtomobili əvvəlcə yol kənarında dayanan "Fiat” markalı avtomobilə, daha sonra ağaca çırpılaraq dayanıb.

Qəza zamanı "Hyundai” və "Lada” markalı avtomobillərin sürücüləri Ruslan Ağayev və Cavid Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.

Ötən ay bu ünvanda, yəni Xan Şuşinski və Vaqif küçələrinin kəsişməsində qəza zamanı üç nəfər ağır xəsarət almışdı.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir işlərinin 210 metrlik hissəsi tamamlanıb
Cəmiyyət 11:19
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir işlərinin 210 metrlik hissəsi tamamlanıb
İrandan Azərbaycana təxliyə prosesi davam edir - Yenilənib
Cəmiyyət 11:14
İrandan Azərbaycana təxliyə prosesi davam edir - Yenilənib
70 yeni kommunal texnika Azərbaycanın 58 şəhər və rayonuna göndəriləcək
Cəmiyyət 10:50
70 yeni kommunal texnika Azərbaycanın 58 şəhər və rayonuna göndəriləcək
Son iki gündə 90 cinayətin üstü açılıb - DİN
Cəmiyyət 10:45
Son iki gündə 90 cinayətin üstü açılıb - DİN
Bəzi rayonlara qar yağır - faktiki hava
Cəmiyyət 10:42
Bəzi rayonlara qar yağır - faktiki hava
Fevralda 33 nəfər dərmandan zəhərlənib - 6 nəfər ölüb
Cəmiyyət 10:38
Fevralda 33 nəfər dərmandan zəhərlənib - 6 nəfər ölüb
Ötən il dövlət hakimiyyəti əleyhinə 1148 cinayət qeydə alınıb
Cəmiyyət 10:26
Ötən il dövlət hakimiyyəti əleyhinə 1148 cinayət qeydə alınıb
Ötən həftə 10 uşaq FHN tərəfindən xilas edilib
Cəmiyyət 09:31
Ötən həftə 10 uşaq FHN tərəfindən xilas edilib
Şəkidə qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 23:49
Şəkidə qadın dəm qazından boğularaq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol