Külək güclənəcək, qar yağacaq - Xəbərdarlıq
 
            Milli Hidrometeorologiya Xidməti hava şəraiti haqqında xəbərdarlıq yayıb.
Xidmətdən  verilən məlumata görə, noyabrın 14-ü gündüz Bakıda və Abşeron yarımadasında cənub küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, 14-ü axşamdan 15-i səhərədək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
Noyabrın 14-dən 15-nə keçən gecə və səhər Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR-da, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-aran, Dağlıq-Şirvan) yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
www.anews.az
Oxşar xəbərlər                    
                
Oxşar xəbərlər                
                 
                             
                             
                             
                             
                     
                         
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
         
         
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                    