• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Ağdaşda narkotiv vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanılıb

Ağdaşda narkotiv vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanılıb
14.11.2023 09:35
Ağdaşda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məğul olmaqda və oğurluqda şübhəli bilinən 9 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında tədbir keçirilən zamanı yaşadığı ünvanda külli miqdarda narkotik vasitə saxlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Səməd Abbasov saxlanılıb.

Ona məxsus evə baxış keçirilərkən oradan kisələrdə və 37 ədəd bükümdə ümumi çəkisi 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə narkotik vasitələrin və psixotrop maddələrin satışı, eləcə də dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən daha 7 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı onlardan heroin, marixuana və metamfetamin aşkarlanıb.

Noyabr ayının əvvəllərində isə rayonun Pirəzə kəndində yerləşən mağazadan tütün məmulatlarının oğurlanması barədə polisə məlumat daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də bir neçə dəfə oğurluğa görə məhkum olunmuş Samir Babayev saxlanılıb. Araşdırma zamanı həmin şəxsin Ağsu rayonunda da oğurluq etdiyi müəyyən olunub. O, ifadəsində əməlini etiraf edib və oğurladıqlarını paytaxta apararaq orada satdığını bildirib.

Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.







www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AYNA: Gücləndirilmiş rejimin 3 günü ərzində rekord göstəricilər qeydə alınıb
Cəmiyyət 11:47
AYNA: Gücləndirilmiş rejimin 3 günü ərzində rekord göstəricilər qeydə alınıb
Ötən gün 40 kiloqramdan çox narkotik aşkar edildi
Cəmiyyət 11:19
Ötən gün 40 kiloqramdan çox narkotik aşkar edildi
Azərbaycanda bir gündə 24 cinayət açılıb
Cəmiyyət 10:29
Azərbaycanda bir gündə 24 cinayət açılıb
ABŞ İranladanışıqlarahazırlaşır
Cəmiyyət 09:06
ABŞ İranladanışıqlarahazırlaşır
22 ölkə İrandan Hörmüz boğazını açmağı tələb edib
Cəmiyyət 23:41
22 ölkə İrandan Hörmüz boğazını açmağı tələb edib
54 yaşlı kişi hamamda yıxılıb öldü
Cəmiyyət 23:32
54 yaşlı kişi hamamda yıxılıb öldü
Gəncədə evdə partlayış olub
Cəmiyyət 23:00
Gəncədə evdə partlayış olub
“Prius”un vurduğu piyada xəstəxanaya aparılarkən ölüb
Cəmiyyət 22:30
“Prius”un vurduğu piyada xəstəxanaya aparılarkən ölüb
Bakının bu küçəsində avtobus zolağı ləğv edilib
Cəmiyyət 21:30
Bakının bu küçəsində avtobus zolağı ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol