• $ 1.7
  • € 1.9875
  • ₽ 0.021063
  • ₺ 0.0395
  • £ 2.2958

Azərbaycanda pambıq yığımı azalıb- STATİSTİKA

Azərbaycanda pambıq yığımı azalıb- STATİSTİKA
15.11.2023 13:23
2023-cü ilin yanvar-sentyabrında 93 722 ha əkin sahəsinin 16 min 009 ha sahəsindən pambıq yığılıb,bu da ötən illə müqayisədə 18 min 493,8 ha və ya 2,1 dəfə azdır. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Bildirilir ki, əkin sahələrindən yığılmış pambığın kütləsi 14 min 295,5 ton təşkil edib ki, bu da illik müqayisədə 24 min 469,1 ton və ya 2,7 dəfə azdır.
 
Ötən ilin yanvar-sentyabrında ümumilikdə 38 min 764,6 ton pambıq yığılıb.

Hər hektar sahədən yığılmış pambığın kütləsi isə 8,9 sentner təşkil edib ki, bu da son bir ildə 2,6 sentner, yaxud 22,6% azdır.

2022-ci ilin 9 ayında məhsuldarlıq hər hektar üçün 11,5 sentner təşkil edib.
 
Kənd Təsərrüfatı Nazirliyinin pambıq tədarükü və emalı müəssisələri ilə apardığı müzakirələr nəticəsində 2022-ci ildə şirkətlər tərəfidən xam pambığın alış qiyməti yanvar və avqust aylarında hər dəfə 50 manat olmaqla iki dəfə artırılıb. Ötən il 1-ci sort pambığın 1 tonu fermerlərdən 700 manata alnırdısa, bu il təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800 manat ödənilir. Məhsul subsidiyasına keçid və pambığn alış qiymətinin artırılması fermerləri aqrotexniki becərməni daha yaxşı aparmağa, daha çox məhsul istehsal edərək daha çox gəlir əldə etməyə sövq edir. 
 
Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2022-ci ilin məhsulu üçün tədarük məntəqələrinə təhvil verilən pambığa görə yalnız məhsul subsidiyası verilir. Eyni qərarla məhsul subsidiyasının məbləği hər tona görə 100 manatdan 170 manata qaldırılıb. 
 
Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Pulunu artırmağın parlaq yolu
İqtisadiyyat 15:43
Pulunu artırmağın parlaq yolu
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasını göndərib
İqtisadiyyat 15:31
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasını göndərib
Polis 90-a yaxın axtarışda olan şəxsi saxlayıb
İqtisadiyyat 10:12
Polis 90-a yaxın axtarışda olan şəxsi saxlayıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:10
Azərbaycan nefti bahalaşıb
Əmək müqavilələrinin sayı artıb
İqtisadiyyat 09:46
Əmək müqavilələrinin sayı artıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Gümüşün qiyməti cüzi enişlə sabitləşib
İqtisadiyyat 08:56
Gümüşün qiyməti cüzi enişlə sabitləşib
"Azeri Light" neftinin qiyməti büdcə hədəfindən aşağı düşüb
İqtisadiyyat 08:45
"Azeri Light" neftinin qiyməti büdcə hədəfindən aşağı düşüb
Neft qiymətləri İran və Venesuela gərginliyi fonunda bahalaşır
İqtisadiyyat 08:39
Neft qiymətləri İran və Venesuela gərginliyi fonunda bahalaşır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol