• $ 1.7
  • € 1.9576
  • ₽ 0.021644
  • ₺ 0.0401
  • £ 2.2267

Ombudsman Beynəlxalq Ədalət Məhkəməsinin qərarına münasibət bildirib

Ombudsman Beynəlxalq Ədalət Məhkəməsinin qərarına münasibət bildirib
18.11.2023 13:45
Ombudsman Səbinə Əliyeva "İrqi ayrı-seçkiliyin bütün formalarının qarşısının alınması haqqında” Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən noyabrın 17-də qəbul edilən müvəqqəti tədbirlər barədə qərara münasibət bildirib.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Qərar Ermənistanın Azərbaycana qarşı əsassız iddialarını hüquqi müstəvidə bir daha təkzib etmiş olub. Ölkəmizə qarşı müxtəlif platformalarda irəli sürülən ittihamyönümlü fikirlərin əksəriyyəti Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən rədd edilməklə yanaşı, bu fikirlərin hər hansı faktoloji əsasının olmaması bir daha təsdiq olunub.

Tolerantlığın Azərbaycanda möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri vardır. Ölkəmizdə yaşayan müxtəlif millətlərə və dinlərə mənsub insanların hüquq və azadlığının təmininə, mədəni müxtəlifliyinə, birgəyaşayış qaydalarına, onların inkişafı və harmonizasiyasına dövlət səviyyəsində diqqət göstərilir. Azərbaycan dövləti tərəfindən davamlı olaraq Qarabağın erməni əsilli sakinlərinin hüquqlarının təmini ilə əlaqədar beynəlxalq hüquqi öhdəliklərinə sadiqliyini bəyan edən çağırışlar edilir, həmin şəxslərin təhlükəsizliyinə və humanitar ehtiyaclarının qarşılanmasına təminat veriləcəyi yüksək səviyyədə bildirilir, erməni əsilli sakinlərin reinteqrasiyası istiqamətində əməli addımlar atılır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, milliyyətindən, dinindən, irqindən, etnik və digər mənsubiyyətindən asılı olmayaraq ölkəmizdə yaşayan hər bir kəsin hüquq və azadlıqlarının təmini sahəsində fəaliyyətimizi həyata keçiririk.

Qarabağda yaşayan erməniəsilli vətəndaşlarımızın milli qanunvericilikdə və beynəlxalq sənədlərdə təsbit edilən hüquq və azadlıqlarının təmini və müdafiəsi məsələsi də daim Ombudsmanın diqqət mərkəzindədir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə XİN rəhbərinin müavini Xələf Xələfovla görüşüb
Siyasət 23:46
Türkiyə XİN rəhbərinin müavini Xələf Xələfovla görüşüb
Ceyhun Bayramov İtaliya Senatının Prezidenti ilə görüşüb
Siyasət 20:59
Ceyhun Bayramov İtaliya Senatının Prezidenti ilə görüşüb
Ceyhun Bayramov Roma Papası ilə görüşüb
Siyasət 20:07
Ceyhun Bayramov Roma Papası ilə görüşüb
Hikmət Hacıyev Niderland səfiri ilə görüşüb
Siyasət 18:05
Hikmət Hacıyev Niderland səfiri ilə görüşüb
Şahin Mustafayev Aleksandr Novak ilə görüşüb
Siyasət 16:40
Şahin Mustafayev Aleksandr Novak ilə görüşüb
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbə verilib - SƏRƏNCAM
Siyasət 15:51
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbə verilib - SƏRƏNCAM
Prezident sərəncam imzalayıb
Siyasət 15:45
Prezident sərəncam imzalayıb
Pəncəli Teymurovun anası Prezidentə məktub ünvanlayıb
Siyasət 15:30
Pəncəli Teymurovun anası Prezidentə məktub ünvanlayıb
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Siyasət 14:58
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol