• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Azərbaycan təmassız ödəniş üzrə siyahıda beşincidir

Azərbaycan təmassız ödəniş üzrə siyahıda beşincidir
29.11.2023 23:07
Azərbaycan təmassız ödəniş üzrə siyahıda top beşlikdə yer alıb. Bunu VİSA təmsilçisi Larisa Makarova deyib.
  
"Təmassız və CNP Tokenin qəbulu dərəcələrinin verilməsində (CISSEE) Gürcüstan, Belarus, Qazaxıstan, Çernoqoriya da beşlikdə yer alıb. Ən yüksək  göstəricilərə malik ölkələr isə Albaniya, Türkmənistan, Kosovo, Özbəkistan, Tacikistandır. CİP tokenin qəbul dərəcələrinə görə, Ukyarna, Moldova Respublikası, Türkmənistan, Çernoqoriya ilk beşlikdə yer alan ölkələr sırasındadır. Visa kartları ilə fırıldaqçılıq ClSSEE daxil olan ölkələrdə hər 100 dollar tranzaksiya üçün 1,2 dollar təşkil edir. Azərbaycanda bu göstərici 1,2 dollardan aşağıdır”, - təmsilçi noyabrın 29-u ödənişlərin təhlükəsizliyi və kibertəhlükəsizlik təlimində çıxışında qeyd edib. 
 
O bildirib ki, internet mühitində tokenlərin sayını artırmaq lazımdır.
 
"Tokenləşdirmə ödəniş kartı məlumatlarını unikal identifikator (token) ilə əvəz etməklə və hər bir tranzaksiyaya unikal kod (kriptoqram) əlavə etməklə, əməliyyat məlumatlarının oğurlanması riskini azaldan VİSA tərəfindən irəli sürülən tokenlərə əsaslanan istehlakçı müdafiəsinin gələcəyidir. Eyni zamanda Click to Pay isə müştərinin kart nömrəsi və parolları yenidən daxil etmədən ödənişlər etməyə imkan verir. Bu düymənin funksionallığı əməliyyatları qorumaq üçün cihazın yoxlanılması və biometrik məlumatlar daxil olmaqla qabaqcıl texnologiyalara cavab vermək üçün nəzərdə tutulub. Son 5 il ərzində biz fırıldaqçılığın azaldılmasına və şəbəkə təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəlmiş texnologiyalara 10 milyard dollardan çox sərmayə qoymuşuq. 1993-cü ildən bəri Visa süni intellekt inkişafı və məlumat infrastrukturuna 500 milyon dollardan çox sərmayə qoyub. Visa-nın texnoloji platformasında 250-dən çox AI modeli var, onlardan 60-ı real vaxt rejimində işləyir və həm istehlakçılar, həm də biznes üçün maksimum fayda və təhlükəsizliyi təmin edir. Bunların hər birini həyata keçirdiyimiz texnologiya sayəsində əldə etmişik”, - təmsilçi əlavə edib.
 
Larisa Makarovanın sözlərinə görə bu texnologiyalara baxmayaraq kart sahibi olan insan arasında zəif halqa var və o dələduzlara məlumatları ötürür.
  
"Bunun qarşısını almaq üçün ilk növbədə maliyyə savadlılığını artırmaq lazımdır. Kart sahibləri öyrətmək lazımdır ki, şəxsi məlumatları, parolları və s. 3-cü şəxslərə ötürür. Bu insan faktorudur. Məhz zərərvericilər də bu məlumatları əldə etməyə çalışır, həmin zəif halqanı aradan qaldırmaq bizim əsas məqsədimizdir. Bir digər məsələ təhlükəsizlik tədbirlərinin həyata keçirilməsidir. İstifadəçi bilməlidir ki, konfidensiyal məlumatlarını kimlərəsə verirsə, dələduzlar onların pullarını oğurlaya bilər. Bu cavabdehlik həm də onun üzərindədir. Digər hal isə maliyyə instutları yanaşmasıdır. Hansı ki, biz ödəmə sənayesi olaraq təhlükəsizliyə investisiya qoyuruq. Məqsəd banklardan bir addım öndə olmaq, bununla yalnız şəxsi məlumatlar da yox ümumi infrastrukturda kibertəhlükəsizlik infrastrukturu inkişaf etməsidir. Əgər maliyyə qurumları bu infrastrukturdan geridə qalsa, dələduzluğa fürsət vermiş olacaqlar. Biz nə qədər iləri getsək, onların dələduzluq etmək şansı olmayacaq”, - o vurğulayıb.
 
Onun sözlərinə görə, Visa-nın risklərin idarə edilməsi mərkəzi(ROC) CEMEA regionunda emitent banklar və ekvayerlər üçün 86 milyon dollar məbləğində fırıldaq əməliyyatlarının qarşısını alıb.
 
"Son 5 il ərzində biz fırıldaqçılığın azaldılmasına və şəbəkə təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəlmiş texnologiyalara 10 milyard dollardan çox sərmayə qoymuşuq. 1993-cü ildən bəri Visa süni intellekt inkişafı və məlumat infrastrukturuna 500 milyon dollardan çox sərmayə qoyub. Visa-nın texnoloji platformasında 250-dən çox AI modeli var, onlardan 60-ı real vaxt rejimində işləyir və həm istehlakçılar, həm də biznes üçün maksimum fayda və təhlükəsizliyi təmin edir. Visa-nın real vaxt rejimində fırıldaqçılıq həlli, Visa Risk Scoring, qabaqcıl proqnozlaşdırıcı modellərdən istifadə etməklə, dünya üzrə emitent banklara 2022-ci ildə təxminən 27 milyard dollar fırıldaqçılığın qarşısını almağa kömək etdi”, - Makarova qeyd edib.
 
Aygün Mirakif
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
İqtisadiyyat 13:10
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank-dan biznesini genişləndirmək istəyənlərə özəl fürsət
İqtisadiyyat 11:32
Yelo Bank-dan biznesini genişləndirmək istəyənlərə özəl fürsət
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol