• $
  • £

Bakı Mermer Qranit-i özəlləşdiriləcək

Bakı Mermer Qranit-i özəlləşdiriləcək
30.11.2023 14:04
Azərbaycanın Əmlak Məsələləri Dövlət Xidməti "Bakı Mermer Qranit” MMC-nin özəlləşdirilməsi ilə bağlı işlərə başlayıb.

Xidmətdən cümə axşamı jurnalistlərə verilən məlumata görə, Özəlləşdirmə Komissiyası müstəqil qiymətləndirmə şirkətinin iştirakı ilə nizamnamə kapitalı 17 milyon 59 min manat müəyyən edilmiş müəssisənin inventarizasiyasını həyata keçirib.

Müəssisənin icraçı direktoru Müşviq İbadovun sözlərinə görə, COVID-19 pandemiyasının pik dövründə fəaliyyətini dayandırmış müəssisədə hazırda avadanlıqların bərpası istiqamətində müəyyən işlər görülüb. .

"Müəssisə müəyyən ölçülərdə qranit və mərmər blokları, cilalanmış vərəqləri və təbəqələri kəsə bilər. Müəssisədə Türkiyə, Almaniya, Rusiya, İtaliya və Çindən avadanlıq quraşdırılıb”, - deyə İbadov bildirib.

Müəssisənin istehsal gücü 300 min kvadratmetrdir. 

İbadov onu da bildirib ki, hazırda şirkətdə 45 nəfər çalışır. Gələcəkdə iş yerlərinin sayı 210-a çatdırılacaq. 
 
Azərbaycanda 23 qranit, mərmər və aqlay yatağı var. 

Hazırda bu yataqların istismarı üçün müvafiq dövlət proqramı hazırlanıb.

Qranit və mərmər yataqları Qarabağ bölgəsində (Şuşa, Ağdam), Kəlbəcər, Zəngilan, Daşkəsəndə yerləşir. Bundan başqa, Azərbaycanın cənubunda və Naxçıvanda belə yataqlar var. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan iqtisadiyyatı böyüyüb
İqtisadiyyat 13:24
Azərbaycan iqtisadiyyatı böyüyüb
İki ayda qeyri-neft sektoru üzrə ixrac gəlirləri artıb
İqtisadiyyat 11:53
İki ayda qeyri-neft sektoru üzrə ixrac gəlirləri artıb

Sosial ödənişin hamısı sabah ödəniləcək
İqtisadiyyat 11:45
Sosial ödənişin hamısı sabah ödəniləcək
Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur
İqtisadiyyat 10:46
Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur
Yaponiya Yaxın Şərqdəki gərginlik fonunda 80 milyon barel neft ehtiyatını bazara buraxacaq
İqtisadiyyat 09:41
Yaponiya Yaxın Şərqdəki gərginlik fonunda 80 milyon barel neft ehtiyatını bazara buraxacaq

Azərbaycan neftinin qiyməti 95 dolları keçib
İqtisadiyyat 09:40
Azərbaycan neftinin qiyməti 95 dolları keçib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 09:15
Qızıl və gümüş ucuzlaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:14
Bu günün valyuta məzənnələri açıqlanıb

İlham Əliyev: Azərbaycan qaz hasilatını artırmağı planlaşdırır
İqtisadiyyat 17:14
İlham Əliyev: Azərbaycan qaz hasilatını artırmağı planlaşdırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol