• $
  • £

Azərbaycan XİN rəhbəri ATƏT-in iclasında antiterror tədbirlərini şərtləndirən amillərdən danışıb

Azərbaycan XİN rəhbəri ATƏT-in iclasında antiterror tədbirlərini şərtləndirən amillərdən danışıb
30.11.2023 21:36
Azərbaycanın Qarabağda həyata keçirdiyi 24 saatlıq antiterror tədbirləri nəticəsində Ermənistanın revanş üçün vaxt qazanmağa çalışdığı aydın oldu.

Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Skopyedə keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında çıxışında bildirib.

XİN başçısı qeyd edib ki, Azərbaycan ərazilərindən Ermənistanın və onun tabeliyindəki qanunsuz rejimin dinc yolla çıxarılmasının mümkün olmamasının səbəbi rəsmi İrəvanın saymazlığı, həmçinin, beynəlxalq vasitəçilərin tərəflərə selektiv yanaşması olub.

"Bu il Azərbaycanın öz əraziləri üzərində suverenliyi tam bərpa edib. Bizim 24 saatlıq lokal antiterror tədbirlərimiz nəticəsində Ermənistan və onun tabeliyindəki qanunsuz marionet struktur tərksilah edilib, özünü buraxıb və Azərbaycandan tam geri çəkilib. Bununla aydın oldu ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanımasına dair şifahi bəyanatlarına rəğmən, Ermənistan öz öhdəliklərini kobud surətdə pozaraq ağır hücum silahları ilə silahlanmış 10 minlik güclü silahlı qüvvəsini Azərbaycanda saxlayaraq faktiki olaraq revanş üçün vaxt qazanmağa çalışıb.

Heç bir suveren ölkə öz torpağında bu cür qanunsuz hərbi mövcudluğa dözüm göstərə bilməzdi, o cümlədən Azərbaycan da (göstərmədi-red.). Bu, Ermənistanın həyasızcasına saymazlığı və vasitəçilikdə iştirak edən üçüncü tərəflərin adekvat fəaliyyətinin çatışmazlığı səbəbindən dinc yolla baş vermədi. Azərbaycanın narahatlığını bölüşməsinə baxmayaraq, onlar qapalı qapılar arxasında ictimai çağırışlarında selektiv olmağı seçdilər. Bu, Ermənistanın bizim ərazimizdə yeni təmas xətti inşa edərək, yeni səngərlər qazaraq, yeni minalar basdıraraq və Azərbaycanı qarayaxma kampaniyaları vasitəsilə şantaj edərək danışıqları imitasiya etmək strategiyasını davam etdirə bilmək illüziyasına qapılmasına səbəb oldu”, - Ceyhun Bayramov deyib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
Siyasət 21:05
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Siyasət 19:48
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Siyasət 18:48
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Siyasət 16:14
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Siyasət 10:11
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Baş nazir müşavirə keçirib
Siyasət 15:27
Baş nazir müşavirə keçirib
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Siyasət 11:20
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
Siyasət 09:30
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Siyasət 08:56
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol