• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Çoxuşaqlı ailələrin müavinətləri nəyə görə artırılmır? - Deputat cavab verir

Çoxuşaqlı ailələrin müavinətləri nəyə görə artırılmır? - Deputat cavab verir
01.03.2014 14:55
Azərbaycan prezidenti İlham Əliyevin beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi  barədə imzaladığı fərman 2014-cü il yanvarın 1-dən qüvvədədir. Buna əsasən  beşdən çox uşağı olan qadınlara müavinətin məbləği hər uşaq üçün 30 manat müəyyən edilib.Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az saytına açıqlamasında bu sahədə atılan addımların davamlı olacağını vurğulayıb:“Azərbaycanda bu gün əhalinin sayı ildə 130 min nəfər artır. Bir çox ölkələrdə əksinə, təbii artımın azalması müşahidə edilir. Rusiya bu yaxınlarda təbii artımı balanslaşdırdı. Postsovet ölkələrinin əksəriyyətində də təbii artım ildən-ilə azalır. Buna baxmayaraq, respublikamızda çoxuşaqlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı prezident davamlı olaraq qərarlar qəbul edir. Bu sahədə ardıcıl iş aparılır. İlk addım atıldı. Uşaqların sayı beşdən çox olan ailələrə müavinət verilməsi üçün sərəncam verildi. Gələcəkdə müavinətlərin verilməsində dəyişikliklər edilməsi üçün hazırlıqlar gedir. Əslində biz o addımları artırmaq istəyirik. Sadəcə, bəzi problemlər ortaya çıxır”.Komitə sədrinin sözlərinə görə, sahibkar elə işçini hansısa bəhanə ilə işə götürməməyə çalışacaq: “Çünki həmin işçini işə götürüb məzuniyyətdə olduğu müddətdə ona pul ödəsə, üstəlik onu əvəz edən şəxsə də maaş versə, əlbəttə, sahibkara sərf etməyəcək. Bu məsələlər müzakirə olunur. İstənilən şərtlər daxilində addımların atılacağı gözlənilir. Sadəcə, bir az səbirli olmalıyıq. Bunlar layihə formasında işlənir. Məsləyə düzgün yanaşmaq lazımdır ki, heç bir tərəfdə narazılıq yaranmasın. Ana məzuniyyətdə olduğu müddətdə maaşının 15 faizini alır. Bu, az görünə bilər. Düşünürəm ki, yaxın vaxtlarda bununla bağlı yeni qanun qəbul olunacaq”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Cəmiyyət 20:14
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Cəmiyyət 18:09
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Cəmiyyət 16:43
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Cəmiyyət 16:00
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Cəmiyyət 15:30
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:19
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Cəmiyyət 14:18
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:20
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol