• $ 1.7
  • € 2.0401
  • ₽ 0.022295
  • ₺ 0.0392
  • £ 2.3464

SOCAR Neft və Qazın Dekarbonizasiyası Xartiyasına qoşulub

SOCAR Neft və Qazın Dekarbonizasiyası Xartiyasına qoşulub
05.12.2023 21:24
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndə heyəti Neft və Qazın Dekarbonizasiyası Xartiyasının (OGDC) elan edilməsinə həsr olunmuş konfransda iştirak edib.

Bu barədə SOCAR-dan məlumat verilib.

İqlim dəyişmələri üzrə qlobal çağırışları nəzərə alan və ətraf mühitin mühafizəsini prioritet istiqamət kimi müəyyənləşdirən SOCAR OGDC xartiyasına qoşulduğunu elan edərək neft-qaz əməliyyatları zamanı ekoloji məsələlərə həssaslıqla yanaşdığını bir daha nümayiş etdirib.

OGDC xartiyası 2050-ci ilə qədər əməliyyatlarda xalis sıfıra nail olma, 2030-cu ilə qədər "Upstream” seqmentində metan emissiyaları üzrə sıfır hədəfinə yaxınlaşma,  2030-cu ilə qədər normal hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsi kimi hədəfləri özündə əks etdirir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Poti–Bakı ekspres blok-qatarı istifadəyə verilib
İqtisadiyyat 14:53
Poti–Bakı ekspres blok-qatarı istifadəyə verilib
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
İqtisadiyyat 14:11
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Yelo Bank-ın dəstəyi ilə Mastercard-ın "Customer Tech Conference 2026" tədbiri keçirilib
İqtisadiyyat 14:09
Yelo Bank-ın dəstəyi ilə Mastercard-ın "Customer Tech Conference 2026" tədbiri keçirilib
"AzerGold"un ixrac gəlirləri artıb
İqtisadiyyat 13:44
"AzerGold"un ixrac gəlirləri artıb
Azərbaycan karbamid ixracından gəlirini artırıb
İqtisadiyyat 13:07
Azərbaycan karbamid ixracından gəlirini artırıb
DOST-un maliyyə durumu yaxın zamanlarda açıqlanacaq
İqtisadiyyat 11:59
DOST-un maliyyə durumu yaxın zamanlarda açıqlanacaq
"Azərkosmos" ötən ilin gəlirlərini açıqlayıb
İqtisadiyyat 11:11
"Azərkosmos" ötən ilin gəlirlərini açıqlayıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:35
Azərbaycan nefti bahalaşıb

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 09:24
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol