Rumıniyada qızılca epidemiyası elan edildi
Rumıniyada qızılca epidemiyası elan edilib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
"Qızılcaya yoluxma hallarının həyəcan verici artımını, eləcə də xəstəxanaların uşaq və yoluxucu xəstəliklər şöbələrində çoxlu sayda yoluxmuş uşaqların olmasını nəzərə alaraq, Rumıniyanın Səhiyyə Nazirliyi milli qızılca epidemiyası elan edir. Ölkədə peyvənd olunmaq hüququ olan uşaqların 78%-nin peyvəndin ilk dozasını, 62%-nin isə iki doza qəbul edib. Eyni zamanda, son 10 ildə ölkədə peyvənd olunan uşaqların sayında azalma müşahidə olunur”, - məlumatda deyilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər