• $
  • £

Ərdoğan BMT Təhlükəsizlik Şurasında islahatlara çağırıb

Ərdoğan BMT Təhlükəsizlik Şurasında islahatlara çağırıb
09.12.2023 18:26
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarını BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qətnaməsinə veto qoyma qərarına görə kəskin tənqid edib.

"Report”un verdiyi xəbərə görə, o, İstanbulda İnsan Hüquqları Gününə həsr olunmuş forumda çıxışı zamanı BMT-də islahatlara ehtiyac olduğunu bildirib.

"Təəssüf ki, BMT Təhlükəsizlik Şurası bir daimi üzvə - ABŞ-a görə atəşkəs qətnaməsini rədd etdi. Biz deyirik ki, ədalətli sülh mümkündür, lakin ABŞ-la bu mümkün deyil. BMT-də mütləq şəkildə islahatlar aparılmalıdır”, - o vurğulayıb.

Bundan əvvəl ABŞ BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək BƏƏ-nin hazırladığı və münaqişə zonasında dərhal atəşkəs tələbini özündə əks etdirən humanitar qətnamə layihəsini bloklayıb.

Qətnamənin lehinə Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü səs verib, Böyük Britaniya isə bitərəf qalıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyanın kortejini müşayiət edən avtobus qəzaya uğrayıb,ölən və yaralananlar var
Dünya 11:00
Paşinyanın kortejini müşayiət edən avtobus qəzaya uğrayıb,ölən və yaralananlar var
İranın nümayəndə heyətinə 70-dən çox şəxs daxildir
Dünya 09:10
İranın nümayəndə heyətinə 70-dən çox şəxs daxildir
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Dünya 00:09
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Dünya 23:45
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Dünya 22:36
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Dünya 21:25
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
Dünya 20:33
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
Dünya 17:53
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Dünya 16:53
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol