• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Azərbaycanda insan ömrünün uzadılması mərkəzi yaradılacaq

Azərbaycanda insan ömrünün uzadılması mərkəzi yaradılacaq
28.02.2014 20:04
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun nəzdində Biofizika və Smart materiallar Mərkəzinin yaradılması haqqında Rəyasət Heyəti qərar qəbul edib. Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə, belə bir Mərkəzin Azərbaycanda yaradılması haqqında təklifi ötən ilin noyabr ayında Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən və Fizika İnstitutunda qonaq olan Nobel mükafatı laureatı Corc Smut verib. O, forum keçirilən müddətdə AMEA Fizika İnstitutunun fəaliyyəti, nailiyyətləri və potensialı ilə yaxından tanış olub. Forumun işinin yekunlaşmasından bir müddət sonra AMEA prezidenti, akademik Akif Əlizadəyə müraciət edərək Azərbaycanda biofizika və kondensə olunmuş hal fizikasının daha da inkişaf etdirilməsinə dair 5 illik layihənin icra edilməsini təklif edib. Corc Smutun müraciəti və arqumentləri təhlil edilib və ümumilikdə qəbul olunub.Biofizika və Smart materiallar Mərkəzinin əsas fəaliyyət istiqamətini qocalma problemlərinin molekulyar səviyyədə tədqiq olması ilə əlaqədar insan ömrünün uzadılması üçün süni orqan və toxumaların yaradılması və regenerativ tibbi preparatların əldə edilməsi təşkil edəcək. Mərkəzin 2 mərhələli fəaliyyət planına əsasən yaradılması nəzərdə tutulur: Birinci mərhələdə işçi qrupun yaradılması və keçmiş Fotoelektronika İnstitutunun korpusunda zəruri təmir və yenidənqurma işlərinin aparılması nəzərdə tutulur. İşçi qrupun funksiyasına layihənin icrasının planlaşdırılması və gerçəkləşdirilməsinin təşkili, o cümlədən, zəruri texnoloji iş şəraitinin yaradılması, avadanlıqların alınması, elmi kadrların hazırlanması daxildir. İşçi qrupun Fizika İnstitutunun Kriogen korpusunda yerləşdirilməsi nəzərdə tutulur. Korpusda 3 ay müddətində zəruri işçi şəraitin təmin edilməsi mümükündür. Birinci mərhələnin müddəti 2 il nəzərdə tutulur; İkinci mərhələdə keçmiş Fotoelektronika İnstitutunun korpusunda zəruri təmir və yenidənqurma işlərinin yekunlaşdırılması, alınmış avadanlıqların quraşdırılması və istifadəyə verilməsi, Mərkəzin yeni infrastruktur çərçivəsində tam miqyaslı fəaliyyətinin təmin edilməsi nəzərdə tutulur. İkinci mərhələnin müddəti 3 il nəzərdə tutulur.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Cəmiyyət 20:14
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Cəmiyyət 18:09
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Cəmiyyət 16:43
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Cəmiyyət 16:00
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Cəmiyyət 15:30
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:19
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Cəmiyyət 14:18
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:20
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol