Azad edilmiş ərazilərin minalardan təmizlənməsində sülhməramlılar da iştirak edəcək - RƏSMİ

Azad edilmiş ərazilərin minalardan təmizlənməsində sülhməramlılar da iştirak edəcək.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanlığı ərazinin minalardan təmizlənməsinə dair razılıq əldə etmək üçün Azərbaycan tərəfi ilə danışıqlar aparıb.
"Sülhməramlıların komandanlığı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) və Azərbaycan Silahlı Qüvvələrinin mühəndis qoşunlarının nümayəndələri arasında ərazinin birgə minalardan təmizlənməyə dair razılıq əldə olunması məsələləri ilə bağlı danışıqlar aparılıb”, - məlumatda deyilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 