• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb

Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb
24.02.2025 21:15

Xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığının xarici işlər nazirinin müavini Şeyx Xəlifə Əli İssa Al Harti ilə görüşüb.Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüş zamanı Azərbaycan və Oman arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın iqtisadi-ticarət, enerji təhlükəsizliyi, turizm, təhsil, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Görüşdə Azərbaycan-Oman münasibətlərinin inkişafında ikitərəfli təmasların, keçirilən siyasi məsləhətləşmələrin əhəmiyyətini qeyd edib. Omanda Azərbaycan səfirliyinin təsis olunmasının əlaqələrin inkişafına təkan verdiyi bildirilib.

Azərbaycanın yaşıl enerji, nəqliyyat və kommunikasiyalar sahələri üzrə təşəbbüslərindən ətraflı bəhs olunub, bu istiqamətdə mümkün birgə layihələr üzrə imkanlar nəzərdən keçirilib.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi və COP29 zamanı əldə olunmuş nəticələr məmnunluqla qeyd olunub, ölkəmizlə Oman arasında əməkdaşlıq üçün əlavə imkan yarandığı vurğulanıb.

Eyni gündə, Azərbaycan Respublikası və Oman Sultanlığı Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Yalçın Rəfiyev, Oman tərəfindən isə nazir müavini Şeyx Xəlifə Əli İssa Al Harti başçılıq edib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol