Dünyanın ən iri konteyner daşıyıcısı Qırmızı dənizdə naviqasiyanı dayandırır
Dünyanın ən böyük konteyner daşıyıcısı olan Danimarkanın "Maersk” şirkəti elan edib ki, husi yaraqlılarının Qırmızı dənizin cənub hissəsindən keçən bütün gəmilərə hücumları səbəbindən dekabrın 15-dən etibarən bu istiqamətdə naviqasiyanı dayandıracaq.
Bu barədə xarici KİV xəbər verir.
"Maersk Gibraltar” ilə dünənki insidentdən və konteyner gəmisinə növbəti hücumdan sonra biz Bab əl-Məndəb boğazından keçməli olan bölgədəki bütün "Maersk” gəmilərinə dekabrın 15-dən etibarən növbəti xəbərdarlığa qədər naviqasiyanı dayandırmağı tapşırmışıq", - deyə şirkətin açıqlamasında bildirilir.
Almaniyanın "Hapag-Lloyd” gəmi şirkəti də Qırmızı dəniz vasitəsilə daşımaları dayandırmaq qərarına gəlib və izah edib ki, bu tədbir dekabrın 18-dək qüvvədə olacaq və bundan sonra daşımaların bərpa edilib-edilməməsi barədə qərar veriləcək. Bundan əvvəl "Hapag-Lloyd”un idarə etdiyi konteyner gəmisi Yəmən ərazisindən husilər tərəfindən atəşə tutulub.
Qeyd edək ki, qlobal daşımaların 10-12 faizi və qlobal neft tranzitinin təxminən 5 faizi Qırmızı dənizdən keçən nəqliyyat yolunun payına düşür.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər