Praqada universitetdə atışma olub - Ölənlər və yaralananlar var

Çexiyanın Praqa şəhərində Yana Palaxa meydanında yerləşən universitetdə naməlum şəxs atəş açıb, ölənlər və yaralananlar var.
Bu barədə xarici KİV xəbər verir.
Polis hadisə yerində ölənlərin və yaralananların olduğunu təsdiqləyib.
İlkin məlumata görə, ən azı 10 nəfər ölüb.
Məlumata görə, hadisəni törədən şəxs polislər tərəfindən zərərsizləşdirilib. Cinayətkarın əlbirləri olmayıb.
Çexiyanın daxili işlər naziri Vit Rakuşan birbaşa təhdidin olmadığını qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər