Yunus Oğuz prezidentliyə namizədliyini irəli sürüb
23.12.2023 14:17
Milli Vəhdət Partiyasının sabiq sədri, "Olaylar" qəzeti baş redaktoru Yunus Oğuzun prezidentliyə namizədliyi irəli sürülüb.
Yunus Oğuz APA-ya açıqlamasında bildirib ki, öz təşəbbüsü ilə namizədliyini irəli sürüb, hazırda Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün müvafiq sənədlər hazırlanır. www.anews.az