Gürcüstanda əlverişsiz hava şəraiti səbəbindən Türkiyəyə gedən yol bağlanıb

Güclü qar yağması ilə əlaqədar Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri üçün Türkiyə ilə sərhədə gedən yolu bağlamaq qərarına gəlib.
"Güclü qar və buzla əlaqədar Xaşuri-Axaltsixe-Vale beynəlxalq avtomobil yolunda qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib", - məlumatda deyilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər