• $ 1.7
  • € 1.9949
  • ₽ 0.020391
  • ₺ 0.0411
  • £ 2.3065

Ərəstun Oruclu Prezident olmaq istəyir - Namizədliyini irəli sürüb

Ərəstun Oruclu Prezident olmaq istəyir - Namizədliyini irəli sürüb
25.12.2023 12:19
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Ərəstun Oruclu prezidentliyə namizədliyini irəli sürüb. Bu barədə politoloq özü məlumat verib. 
 
"Müraciət, təklif və tələbləri nəzərə alaraq seçkilərə qatılmaq haqqında qərar verdim", - o facebook hesabında paylaşıb. 
 
Ərəstun Oruclu 1963-cü il  Şəmkirdə doğulub. İxtisasca həkimdir. 1992-93-cü illərdə Xalq Cəbhəsi hökumətində MTN-də çalışıb. 

1996-2011-ci illərdə Azərbaycanın Fridrix Nauman Fondundakı nümayəndəsi olub. 2004-cü ildən "Şərq-Qərb” Araşdırmalar Mərkəzinə rəhbərlik edib. 
 
2024-cü il fevralın 7-də prezidentin sərəncamı ilə Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçrilməsi təsdiq olunub. 
 
İndiyədək seçkilərdə 8 nəfərin iştirakı təsdiqlənib. 
 
Belə ki, 2024-cü il fevralın 7-də keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, Sosial Tədqiqatlar Mərkəzinin sədri deputat Zahid Oruc,  Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Qurtuluş Partiyasının sədri Fazil Mustafa, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev iştirak edəcəklər.
 
Hələlik Prezident seçkiləri ilə bağlı Müsavat Partiyası növbədənkənar prezident seçkilərində iştirak etməmək, Azərbaycan Xalq Cəbhəsi Partiyasi seçkiləri boykot etmək barədə qərar qəbul edib.
 
Azərbaycan Konstitusiyasına  görə, Azərbaycan Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.

"Seçki Məcəlləsi"nə görə, seçki hüququ olan hər bir vətəndaş və yaxud vətəndaşlar prezidentliyə namizəd irəli sürmək üçün azı 100 nəfərdən ibarət olan təşəbbüs qrupu yarada bilərlər. Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra prezidentliyə namizədlər irəli sürülür.

Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar.
 
Gülnar Nazimqızı

 


 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampdan Azərbaycanla bağlı növbəti paylaşım
Siyasət 00:07
Trampdan Azərbaycanla bağlı növbəti paylaşım
Prezident BƏƏ lideri ilə görüşündən video paylaşıb
Siyasət 21:30
Prezident BƏƏ lideri ilə görüşündən video paylaşıb
Milli Məclisin sədri Malayziyaya səfər edib
Siyasət 18:07
Milli Məclisin sədri Malayziyaya səfər edib
BƏƏ Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Siyasət 18:00
BƏƏ Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
ATƏT Minsk qrupunun ləğvi prosesi başlayıb
Siyasət 17:49
ATƏT Minsk qrupunun ləğvi prosesi başlayıb
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
Siyasət 12:44
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
Ceyhun Bayramov Ərəb-İslam Sammitində Qətərin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib
Siyasət 21:36
Ceyhun Bayramov Ərəb-İslam Sammitində Qətərin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edib
Prezidentin Xocalı sakinləri ilə görüşündən -Video
Siyasət 21:29
Prezidentin Xocalı sakinləri ilə görüşündən -Video
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
Siyasət 21:21
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol