Pakistanda Yeni il şənlikləri ləğv edilib
Pakistanın müvəqqəti baş naziri Ənvar-ül-Haq Kakar Fələstinlə həmrəylik əlaməti olaraq ölkədə bütün Yeni il şənliklərini qadağan edib. Bu barədə xarici KİV xəbər verir.
Pakistanın müvəqqəti Baş naziri Ənvar-ül-Haq Kakar yerli hakimiyyətin müvafiq qərarı verdiyini açıqlayıb.
"Pakistan xalqı üzücü bir vəziyyətdədir. Buna görə də vəziyyəti nəzərə alaraq, Pakistan hökuməti Yeni illə bağlı bütün tədbirləri qadağan etmək qərarına gəlib”, - Kakar televiziyada çıxışı zamanı deyib.
Bundan əvvəl BƏƏ-nin Şarja şəhəri Fələstinlə həmrəylik nümayiş etdirərək Yeni il şənliklərinin keçirilməsinə qadağa qoyub.
Aytac
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər