Türkiyədə FETÖ ilə əlaqəsi olduğu müəyyən edilən 445 polis vəzifəsindən uzaqlaşdırılıb
Türkiyədə FETÖ ilə əlaqəsi olduğu müəyyən edilən 445 polis vəzifəsindən uzaqlaşdırılıb. Bu barədə Türkiyənin daxili İşlər naziri Ali Yerlikaya sosial media hesabında yazıb.
O bildirib ki, həmin şəxslər barəsində inzibati araşdırma aparılır.
Türk ordusu yanvarın 1-dən noyabrın 16-na qədər İraq və Suriyanın şimalı da daxil olmaqla 2 min 84 terrorçunu zərərsizləşdirib. Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.
Bundan əlavə, il ərzində 122 terrorçu təslim olub.
Yanvarın 1-dən bu günədək 199 min 898 nəfərin Türkiyə sərhədlərindən qanunsuz şəkildə keçməsinin qarşısı alınıb. 13 min 156 qeyri-qanuni mühacir və 410-u FETÖ-çü olmaqla 590 terrorçu hüquq-mühafizə orqanlarına təhvil verilib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər