• $
  • £

ATƏT/DTİHB nümayəndələri seçkiləri müşahidə edəcək- İohan Mörfi

ATƏT/DTİHB nümayəndələri  seçkiləri  müşahidə edəcək- İohan Mörfi
29.12.2023 12:42
Azərbaycanın dəvəti ilə ATƏT/DTİHB  seçkilərdə  müşahidə məqsədilə 11 beynəlxalq ekspertdən ibarət 9 ölkədən nümayəndə gəlib. Bunu ATƏT-in Demokratik Təsisat və İnsan Haqları bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə edəcək missiyasının rəhbəri İohan Mörfi mətbuat konfransında deyib.

Onun sözlərinə görə,  missiyaya seçkilərin nəticəsi yox, proses maraqlıdır.

"Bizim işimiz ilk növbədə qanunvericilik işinə nəzarət, seçicilərin qeydiyyatı, seçki kompaniyasının fəaliyyəti, KİV-də seçkilərin işıqlandırılması, bundan başqa sosial şəbəkələrdə prosesin yayılmasına nəzarətdir. Əsas komandanın 8 heyyəti Bakıda yerləşir. Burada mən də daxil olmaqla Azərbaycanin müxtəlif bölgələrinə ziyarət edəcəyik.",- o vurğulayıb.

O əlavə edib ki, yanvarın 3-də  26 uzunmüddətli müşahidəçi ölkəyə gələcək və onlar əsas komandadan təlimat aldıqdan sonra regionlara səfər edəcəklər. 2 müşahidəçidən ibarət komandalar şəklində işləyəcək və prosesə hazırlığı izləyəcəklər.
 
ATƏT/DTİHB Azərbaycanda indiyə qədər 12 seçki monitorinq missiyası həyata keçirib, sonuncu missiya isə 2020-ci ildə olub.
 
Aytac Zeynalova 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:18
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Siyasət 18:10
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq
Siyasət 17:05
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq
Bayramov və Ço Hyon ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Siyasət 13:42
Bayramov və Ço Hyon ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərini Ermənistan XİN təsdiq edib- Yenilənir
Siyasət 12:40
Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərini Ermənistan XİN təsdiq edib- Yenilənir
Elçin Əmirbəyov İtaliya XİN rəhbərinin müavini ilə görüşüb
Siyasət 22:30
Elçin Əmirbəyov İtaliya XİN rəhbərinin müavini ilə görüşüb
Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 20:37
Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Ceyhun Bayramov BƏƏ dövlət naziri ilə görüşüb
Siyasət 19:15
Ceyhun Bayramov BƏƏ dövlət naziri ilə görüşüb
Əliyev BƏƏ nümayəndə heyətini qəbul edib
Siyasət 14:30
Əliyev BƏƏ nümayəndə heyətini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol