BMT TŞ Belqorod şəhəri ilə bağlı növbədənkənar iclas keçirəcək
Rusiya Ukrayna Silahlı Qüvvələrinin Belqorod şəhərini atəşə tutması ilə bağlı BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasının keçirilməsini istəyib və Çexiyanın təşkilatdakı daimi nümayəndəsinin orada olmasını tələb edib.
Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
"Biz bu gün, dekabrın 30-da Nyu-York vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə saat 31 dekabr, 00:00) Təhlükəsizlik Şurasının Belqorod üzrə iclasının keçirilməsini istəmişik. Biz həmçinin Çexiyanın daimi nümayəndəsinin iştirakını tələb etdik, qoy o, ölkəsinin mülki insanların ölümünə səbəb olan sursatları tədarük etməsinə görə cavab versin”, - o, "Teleqram” kanalında yazıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər