• $
  • £

Türkiyədə yerli seçkilərdə 36 partiya iştirak edəcək

Türkiyədə yerli seçkilərdə 36 partiya iştirak edəcək
02.01.2024 15:25
Türkiyə Ali Seçki Şurası (YSK) martın 31-də keçiriləcək yerli seçkilərdə 36 siyasi partiyanın iştirakına icazə verib.

Bu barədə şuranın sədri Ahmet Yener açıqlama verib.

"Seçki təqvimimiz 2024-cü il yanvarın 1-dən başlayıb. Elan etdiyimiz seçki təqviminə uyğun olaraq, Ali Seçki Şurası bu gün keçirdiyi iclasında 31 mart 2024-cü il tarixində keçiriləcək yerli özünüidarəetmə orqanlarına ümumi seçkilərdə iştirak edəcək siyasi partiyaları müəyyən edib. Qərara əsasən 36 partiyanın martın 31-də keçiriləcək seçkilərdə iştirakına icazə verilib”, - deyə YSK sədri bildirib.
 
Türkiyə Ali Seçki Şurası seçkilərin keçirilməsi ilə bağlı oktyabrda qərar qəbul edib. "Resmî Gazete”də dərc olunan yenilənmiş seçki təqviminə əsasən, respublikada seçki kampaniyası yanvarın 1-dən martın 30-dək davam edəcək. Yanvarın 17-də günün sonuna kimi seçici siyahıları dəqiqləşdirilməli, seçkilərdə iştirak edən partiyalar yanvarın 20-dək öz namizədlərinin siyahılarını təqdim etməlidirlər.

Seçkilərdə əsas mübarizənin İstanbul və Ankara bələdiyyə sədrləri postları uğrunda gedəcəyi gözlənilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranın nümayəndə heyətinə 70-dən çox şəxs daxildir
Dünya 09:10
İranın nümayəndə heyətinə 70-dən çox şəxs daxildir
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Dünya 00:09
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Dünya 23:45
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Dünya 22:36
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Dünya 21:25
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
Dünya 20:33
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
Dünya 17:53
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Dünya 16:53
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
Texnologiya 16:34
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol