• $
  • £

Abonentlər "Azəriqaz"-ın əlavə sərfiyyat yazmasından şikayətlənir

Abonentlər
08.01.2024 17:11
AMEA-nın Folklor İnstutunun aparıcı elmi işçisi Elyar İslamoğlu öz facebook səhifəsində Azəriqazın abonentlərə əlavə borclar yazması ilə bağlı şikayətini paylaşıb.
 
"Mənim yaxın qohumuma verilən qəbzdə əvvəlki ayın borcu tam ödənilib, qalıq borcun 0 (sıfır) olduğu göstərilir. Amma abonent Azəriqazın rəsmi səhifəsində kodunu yazanda sürprizlə qarşılaşır. Ona əvvəlki ay üçün 75 manat qalıq borc yazılıb.  Əgər əvvəlki aydan qalıq borc varsa, onda vətəndaşa verilən qəbzdə bu borc niyə əks olunmayıb ? Üstəlik əvvəlki aylarda 60-70 manatı keçməyən sərfiyyat necə olur dekabrda 233 manata kimi artır?  Azəriqaz Niyə abonentlərə əlavə borclar yazılırr?”,  - şikayətçi öz  paylaşımında bildirib.  
 
Nefçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlının fikrincə, bu  "Azəriqaz"ın qaz itkisini azaltmaq məqsədilə həyata keçirdiyi əməliyyatla bağlıdır. 
 
"Çox vaxt abonentlərə yazılan ödənişlər asan xidmətdə AQİŞ proqramı vasitəsi ilə gizlədilir və zaman-zaman silinir. Əhaliyə yazılan sayğaca müdaxilə etmək və bunun əsasında zaman-zaman abonentlərdən pul tutulması qeyri-qanunidir. Əgər Azəriqazda ciddi yoxlamalar aparılsa bu borcların necə və hansı üsullarla yazıldığı ortaya çıxacaq” , - Qəhrəmanlı bildirib. 

Azəriqazın mətbuat katibi Eldəniz Vəliyev məsələ ilə bağlı anews.az -a açıqlamasında bildirib ki, heç bir abonendə istehlak etdiyindən artıq  sərfiyyat yazıla bilməz. 
 
"Bazada olan sayğacın göstəricisi ilə yerində olan göstərici üst-üstə düşür. Abonentlə əlaqə saxlanılıb. Sayğacına da sabah baxış keçiriləcək. Heç bir abonentə istehlak etdiyindən artıq sərfiyyat yazıla bilməz”, - o bildirib.
 
Çiçək Sadatova 
 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
İqtisadiyyat 11:11
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:52
Azərbaycan nefti ucuzlaşıb
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol