• $
  • £

Ukraynaya son zərbələr nəticəsində ölən şəxslərin sayı açıqlanıb

Ukraynaya son zərbələr nəticəsində ölən şəxslərin sayı açıqlanıb
08.01.2024 16:17
Bu gün Rusiyanın Ukraynaya hücumu nəticəsində azı 3 nəfər ölüb, 33 nəfər yaralanıb. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin "X" hesabında bildirilib.
 
Bildirilir ki, Rusiya Ukraynaya hava hücumu çərçivəsində 59 silahdan istifadə edib

"Bu səbəbsiz vəhşi hücumda ən azı 3 nəfər həlak olub, 33 nəfər yaralanıb. Rusiya törətdiyi cinayətlərə görə cavab verməli olan terrorçu dövlətdir", - paylaşımda qeyd olunub.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı "Telegram" hesabında paylaşımında bildirib ki, 8 hücum PUA-sı və 18 qanadlı raket məhv edilib.
 
Ümumilikdə isə Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 440 hərbçisini itirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
 
Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 365 170 nəfərə çatıb.
 
Həmçinin son sutka ərzində Rusiyaya məxsus 9 tank, 14 zirehli döyüş maşını, 13 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.
 
2022-ci ilin fevralın 24-də Rusiyanın Ukraynaya hücumu nəticəsində Ukrayna Rusiya müharibəsi başlayıb.

Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranın nümayəndə heyətinə 70-dən çox şəxs daxildir
Dünya 09:10
İranın nümayəndə heyətinə 70-dən çox şəxs daxildir
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Dünya 00:09
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Dünya 23:45
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Dünya 22:36
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Dünya 21:25
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
Dünya 20:33
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
Dünya 17:53
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Dünya 16:53
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
Texnologiya 16:34
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol