• $
  • £

2024-cü ildə Azərbaycanda neft hasilatı 29,5 milyon ton təşkil edəcək

2024-cü ildə Azərbaycanda neft hasilatı 29,5 milyon ton təşkil edəcək
09.01.2024 12:33
Azərbaycan hökuməti 2024-cü ildə ölkədə neft hasilatını 29 milyon 492,3 min ton səviyyəsində proqnozlaşdırır, bu barədə Hesablama Palatası məlumat verib. 

2023-cü il üçün ölkədə neft hasilatı ilə bağlı faktiki məlumatlar hələ açıqlanmayıb. Bununla belə, Azərbaycan Hesablama Palatasının noyabrda verdiyi məlumata görə, 2023-cü ildə ölkədə neft hasilatının 30,5 milyon tona çatacağı gözlənilir.

Belə ki, 2024-cü ildə neft hasilatı 2023-cü illə müqayisədə 3,3% azala bilər. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-noyabrında Azərbaycanda qaz kondensatı ilə neft hasilatı 27 milyon 695,4 min ton təşkil edib ki, bu da 2022-ci illə müqayisədə  7,4% azdır.

2022-ci ildə Azərbaycanda qaz kondensatı ilə neft hasilatı 32 milyon 667,7 min ton (azalma 5,5%), ixrac 26,3 milyon ton (azalma 6,5%) təşkil edib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:52
Azərbaycan nefti ucuzlaşıb
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol