• $
  • £

DSMF-nin gəlirləri 16,9% artıb - Himalay Məmişov

DSMF-nin gəlirləri 16,9% artıb - Himalay Məmişov
10.01.2024 12:59
2023-cü ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 6 milyard 677 milyon manat olub. Bunu fondun sədri Himalay Məmişov deyib. 
 
"2022-ci illin göstəricisi ilə müqayisədə DSMF-nin gəlirləri hesabat dövründə 16,9% və ya 948 milyon manat daha çoxdur. Gəlirlərin 78%-i Məcburi Dövlət Sosial Sığorta haqlarından daxilolmaların payına düşüb.  Hesabat dövründə Məcburi Dövlət Sosial Sığorta haqlarından daxilolmalar 5 milyard 197 milyon manat həcmində olub -   sədr 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında qeyd edib. 
 
Sədr vurğulayıb ki, Məcburi Dövlət Sosial Sığorta haqlarının yerinə yetirilməsi həm 2022-ci ilin göstəricilərinə nisbətdə, həm də 2023-cü ilin proqnozuna münasibətdə artımla yerinə yetirilib.
 
"Belə ki, 2022-ci ilin göstəricisinə nisbətdə Məcburi Dövlət Sosial Sığorta haqlarından daxilolmalar 13,4% və ya 613 milyon manat həcmində, proqnoza nisbətdə isə 8,6% və ya 413 milyon manat daha çox yerinə yetirilib. Daxilolmaların strukturuna baxdıqda isə 1,8 milyard manatı büdcə təşkilatlarından, 3 milyard 387 milyon manatı isə qeyri-dövlət büdcə təşkilatlarından daxilolmaların payına düşüb”, - o bildirib.
 
Məmişovun sözlərinə görə, büdcə təşkilatlarından daxilolmaların həcmində də artım özünü göstərib.
 
O bildirib ki, bu daxil olmalar dövlət büdcə təşkilatlarında 8%, qeyri-dövlət büdcə təşkilatlarında isə 16,5% artımla yerinə yetirilib.
 
Aygün Mirakif
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:52
Azərbaycan nefti ucuzlaşıb
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol