• $
  • £

Aİ Qırmızı dənizdə hərbi əməliyyat keçirməklə bağlı danışıqlar aparır

Aİ Qırmızı dənizdə hərbi əməliyyat keçirməklə bağlı danışıqlar aparır
11.01.2024 21:30

Yəmənin husi üsyançılarının Qırmızı dənizdə gəmilərə davam edən hücumları fonunda Avropa İttifaqı (Aİ) dəniz əməliyyatı keçirməyi nəzərdən keçirir.

Bu barədə "Bloomberg” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, bu həftə ərzində Aİ-yə üzv ölkələr əməliyyatın xərclərini ödəməyə və onun həyata keçirilməsi üçün gəmilər təqdim etməyə hazır olduqları barədə danışıqlar aparır. Bu məsələlərlə bağlı yekun qərar yanvarın 22-də Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə qəbul edilə bilər. Agentliyin mənbələrinin məlumatına görə, Almaniya əməliyyatda iştirak etmək arzusunu ifadə edib.

Aİ-nin əməliyyatının ABŞ hökuməti tərəfindən formalaşdırılan "Prosperity Guardian” missiyası ilə necə əlaqəli olacağı hələ də qeyri-müəyyən olaraq qalır.

Qəzza sektorunda Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra husilər İsrail ərazisinə hücumlar edəcəklərini və əməliyyat sona çatana qədər gəmilərin Qırmızı dənizdən və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bildiriblər. Noyabrın ortalarından bəri Qırmızı dənizdə bir neçə ticarət və hərbi gəmi Yəmənin üsyançı hərəkatının nəzarətində olan ərazilərdən hücuma məruz qalıb. Bundan əlavə, husilər göyərtəsində 20-dən çox ekipaj üzvü olan "Galaxy Leader” yük gəmisini ələ keçiriblər.

Husilərin hərəkətlərinə cavab olaraq ABŞ hökuməti Qırmızı dənizdə hərəkət azadlığını təmin etmək və gəmiləri qorumaq üçün beynəlxalq koalisiyanın yaradıldığını və əməliyyatın hazırlandığını elan edib. Əməliyyatın iştirakçıları sırasına Bəhreyn, Böyük Britaniya, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Seyşel adaları və Fransa daxil olmalıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Dünya 00:09
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Dünya 23:45
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Dünya 22:36
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Dünya 21:25
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
Dünya 20:33
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
Dünya 17:53
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Dünya 16:53
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
Texnologiya 16:34
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Dünya 15:15
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol