Yəməndə kütləvi nümayişlər başlayıb
Üsyançı "Ənsar Allah” hərəkatının nəzarətində olan Yəmənin bir neçə şəhərində bu gün axşam saatlarında kütləvi nümayişlər başlayıb.
Bildirilir ki, nümayişlər Səada, Həccə, Hodeyda, Əl-Dəli və Əl-Cəvf əyalətlərinin inzibati mərkəzlərində və böyük şəhərlərində keçirilir.
"Ənsar Allah”ın siyasi şurasının üzvü Məhəmməd Əli əl-Husi Sənada nümayişçilərə müraciət edərək, ABŞ və İngiltərənin Yəmən ərazisinə endirdiyi zərbələri terror adlandırıb:
"Biz amerikalılara və ingilislərə deyirik: ölkələrinizə qayıdın. Bu gün siz bəşəriyyətə qarşı cinayətlər edirsiniz və sülh tərəfdarı olan hər kəsi öldürürsünüz”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox