Dövlət Gömrük Komitəsinə yeni təyinatlar olub
Dövlət Gömrün Komitəsinə (DGK) yeni təyinatlar olub. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırovun əmr imzalayıb.
Onun əmri ilə Güloğlan Muradlı komitənin Əməliyyat-İstintaq Baş İdarəsinə rəis təyin olunub.
O, bundan əvvəl Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini olub. Ötən ilin may ayında isə vəzifəsindən azad edilərək təqaüdə göndərilib.
DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Orxan Nuriyev isə vəzifəsindən azad edilərək Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi təyin edilib.
Bundan başqa, DGK-nın Kibertəhlükəsizlik şöbəsinin rəisi vəzifəsinə gömrük xidməti mayoru Vəliyev Turqut Tehran oğlu, DGK-nın Gömrük orqanlarının auditi şöbəsinin rəisi vəzifəsinə gömrük xidməti polkovnik-leytenantı Məmmədov Əlövsət Hacı oğlu, DGK-nın Statistika İdarəsinin rəisi vəzifəsinə gömrük xidməti polkovniki Babayev Cavid Əli Ağa oğlu, DGK-nın Maliyyə və Təchizat İdarəsinin rəisi vəzifəsinə gömrük xidməti polkovniki Aslanov İsmayıl Bahadir oğlu, DGK-nın Xidmət Keyfiyyətinə Nəzarət İdarəsinin rəisi vəzifəsinə Muradov Adil Fazil oğlu, DGK-nın Audit İdarəsinin rəisi vəzifəsinə gömrük xidməti polkovniki İbrahimli Vüqar Səfər oğlu, DGK-nın Gömrük Riskləri İdarəsinin rəisi gömrük xidməti baş-leytenantı Usubov Yusif Şakir oğlu, DGK-nın Aparat rəhbərinin müavini Kənan Əsədov Elmar oğlu, DGK sədrinin müşaviri vəzifəsinə Bayramov Anar Fazil oğlu təyin olunub.
www.anews.az